Əlixan Musayev:
Lakin haqsızlıq edənlər heç bir elmə əsaslanmadan nəfslərinin istəklərinə uydular. Allahın zəlalətə saldıqlarını kim doğru yola yönəldə bilər? Onlara yardım edənlər də olmaz.
Bünyadov-Məmmədəliyev:
Lakin (özlərinə) zülm edənlər (kafirlər) nadanlıqla nəfslərinin istəklərinə uydular. Allahın (küfr edəcəklərini əzəldən bildiyi üçün) yoldan çıxartdıqlarını doğru yola (islam dininə) kim sala bilər? Onlara kömək edə bilən kəslər də olmaz!
Elmir Quliyev
:
Но нет! Беззаконники потакают своим желаниям без всякого знания. Кто наставит на прямой путь тех, кого Аллах ввел в заблуждение? Не будет для них помощников!
Ələddin Sultanov:
Xeyr, zülm edənlər cahilliklə öz nəfslərinin arzularına uydular. Allahın haqq yoldan azdırdığı kimsəni kim doğru yola yönəldə bilər?! Onların heç bir köməkçisi də yoxdur.
Kerbelayi Malik ağa:
Xeyr, zalımlar elm sahibi olmadan həvəslərinə tabe oldular. Bundan sonra Allahın dəlalətdə buraxdığını kim hidayətə ərdirə bilər? Onların yardımçıları da yoxdur.
Ələsgər Musayev:
Bəli, tabe oldular o
kəslər ki, zalimdirlər, elmsiz olaraq öz havayı istəklərinə! Kim
hidayət edəcək Allahın zəlalətdə tərk etdiyi kimsəni? Yoxdur
onlar üçün yardım edənlərdən!
A.Mehdiyev və D.Cəfərli:
(Xeyr, onlar ağılla düşünmədilər), əslində (əksinə) zülm edənlər heç bir elm(ə sahib) olmadan öz nəfsani istəklərinə tabe oldular. Belə isə, (dəlil-sübutlar təqdim edilib tamamlandıqdan sonra) Allahın azğınlıqda buraxdığı kəsləri kim hidayət edər?! Və əsla onlara heç bir kömək edən olmaz.
Kövsər Tağıyev:
Amma zülm edənlər nadanlıqla nəfslərinin istəklərinə uydular. Allahın (bu şəkildə) zəlalətə düçar etdiyi kimsələri kim doğru yola yönəldər? Onların heç bir yardımçıları da yoxdur.
M.Qənioğlu və T.Bilaloğlu:
Amma haqsızlıq edənlər heç bir biliyə əsaslanmadan öz həva- həvəslərinin ardınca getdilər. Allahın yoldan çıxartdığı kəslərə kim düz yol göstərə bilər? Onlara yardım edən olmaz.
Sabirə Dünyamalıyeva:
Əksinə, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən kəslər, nadanlıqla boş, müvəqqəti istəklərinə qapıldılar. Yaxşı, Allahın yoldan çıxardığını kim yola gətirə bilər? Onlar üçün bir köməkçi də yoxdur.