Əlixan Musayev:
Məgər Allahın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını, müəyyən olunmuş vaxtadək hərəkət edən günəşi və ayı (qoyduğu qanunlarına) ram etdiyini, üstəlik Allahın, nə etdiklərinizdən xəbərdar olduğunu görmürsənmi?
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Məgər Allahın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını (gah gündüzü, gah da gecəni uzatdığını), günəşi və ayı ram (sizin mənafeyinizə tabe) etdiyini görmürsənmi? Onların hər biri (öz hədəqəsində, dairəsində) müəyyən müddətədək (qiyamət gününə qədər) dövr edər. Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır!
Elmir Quliyev
:
Разве ты не видишь, что Аллах удлиняет день за счет ночи и удлиняет ночь за счет дня, и подчинил солнце и луну, которые движутся к назначенному сроку, и что Аллаху ведомо о том, что вы совершаете?
Ələddin Sultanov:
Allahın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını görmədinmi?! O, günəşi və ayı da (sizə) ram etmişdir. Onların hər biri müəyyən bir vaxta qədər (öz orbitində) irəliləyir. Həqiqətən, Allah sizin etdiklərinizdən xəbərdardır.
Kerbelayi Malik ağa:
Allahın gecəni gündüzə və gündüzü gecəyə çevirdiyini görmədinmi? Günəşi və Ayı əmrə tabe etdi. Hamısı müəyyən bir müddətə qədər (orbitində) seyr edər (hərəkət edər). Şübhəsiz ki, Allah etdiyiniz şeylərdən xəbərdardır.
Ələsgər Musayev:
Ə, görmürsənmi, Allah gecəni gündüzdə cövlan edir və
gündüzü gecədə cövlan edir və ram edib şəmsi və qəməri və
küllisi caridir tərəfinə əcəlin toxunanın? Həqiqətən, Allah nə
ilə ki, əməldəsiniz, Xəbirdir!
A.Mehdiyev və D.Cəfərli:
Məgər Allahın (müəyyən fəsillərdə) gecəni(n bir hissəsini tədriclə) gündüzə və (başqa fəsillərdə) gündüzü(n bir hissəsini tədriclə) gecəyə daxil etdiyini, günəşi və ayı ram etdiyini görmürsənmi? Onların hər biri (Allhın əzəli elmində təyin olunduğu kimi) müəyyən bir müddətədək (öz düz və dairəvi hərəkəti ilə) hərəkətdədir. Allah etdiklərinizdən xəbərdardır!
Kövsər Tağıyev:
Görmədinmi ki, Allah gecəni gündüzün içinə və gündüzü də gecənin içinə qatır. Günəşi və ayı da qoyduğu qanunlara ram etmişdir. Hər biri (öz məcrasında) müəyyən bir zamanadək axıb gedir. Həqiqətən, Allah etdiklərinizdən haqqı ilə xəbərdardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını, hər biri müəyyən edilmiş vaxta qədər hərəkətdə olan günəşi və ayı xidmətinizə verdiyini və Allahın tutduğunuz əməllərdən xəbərdar olduğunu görmürsünüz?
Sabirə Dünyamalıyeva:
Görmədinmi/heç düşünmədinmi ki, Allah gecəni gündüzə daxil edir, gündüzü gecəyə daxil edir. Günəş və ayı əmrinə ram etmişdir/insanların faydalanmasına uyğun quruluş və sistemdə yaratmışdır. Hamısı müəyyən bir müddətin sonuna [doğru] axıb gedir. Və şübhəsiz ki, Allah əməllərinizin layiqincə xəbərdardır.