Zuxruf Surəsi 29. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Doğrusu, Mən bunlara da, atalarına da haqq (onu) bəyan edən bir elçi gələnədək dolanışıq nəsib etdim.
Bünyadov-Məmmədəliyev:
Xeyr, Mən onlara da, atalarına da özlərinə haqq (Quran) (həqiqəti, şəriət hökmlərini) bəyan edən bir peyğəmbər gələnədək gün-güzəran verdim!
Elmir Quliyev :
Но Я позволил им и их отцам пользоваться благами до тех пор, пока к ним не явились истина и разъясняющий посланник.
Ələddin Sultanov:
Xeyr! Bunlara da, onların atalarına da özlərinə haqq onu bəyan edən bir peyğəmbər gələnə qədər dolanışıq verdim.
Kerbelayi Malik ağa:
Xeyr, mən onları atalarını Haqq (Quran) Onu açıqlayan bir rəsul gələnə qədər faydalandırdım.
Ələsgər Musayev:
Bəli, Mən verdim mətah bunlara atalarına, ta gəldi onlara haqq aşkar rəsul!
A.Mehdiyev və D.Cəfərli:
Əksinə, haqq, eləcə aşkar aydınlıq gətirən elçi (Qur’an Muhəmməd (s) ) yanlarına gələnə kimi bunları (Məkkə kafirlərini) (İbrahimin tovhidini qəbul etməyən) atalarını (dünya nemətlərindən) bəhrələndirdik.
Kövsər Tağıyev:
Doğrusu, onları (Məkkə müşriklərini) atalarını haqq olan Qur`an onu açıqlayan bir peyğəmbər gələnə qədər (dünya nemətlərindən) faydalandıraram.
M.Qənioğlu və T.Bilaloğlu:
Doğrusu, Mən bunlara da, atalarına da özlərinə haqq aşkar bir peyğəmbər gələnə kimi güzəran verdim.
Sabirə Dünyamalıyeva:
Əksinə, Mən onları da, atalarını da haqq/gerçək açıqlayan bir elçi gələnədək bəhrələndirdim.