Əlixan Musayev:
Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu (əkin) cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir. (Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir) ki, kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir.
Bünyadov-Məmmədəliyev:
Muhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. (Qiyamət günü onlar üzlərindəki möminlik nuru alınlarındakı möhür yeri ilə tanınırlar). Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!
Elmir Quliyev
:
Мухаммад — Посланник Аллаха. Те, которые вместе с ним, суровы к неверующим и милостивы между собой. Ты видишь, как они кланяются и падают ниц, стремясь к милости от Аллаха и довольству. Их признаком являются следы от земных поклонов на их лицах. Так они представлены в Таурате (Торе). В Инджиле (Евангелии) же они представлены посевом, на котором вырос росток. Он укрепил его, и тот стал толстым и выпрямился на своем стебле, восхищая сеятелей. Аллах привел эту притчу для того, чтобы привести ими в ярость неверующих. Аллах обещал тем из них, которые уверовали и совершали праведные деяния, прощение и великую награду.
Ələddin Sultanov:
Mühəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar da kafirlərə qarşı sərt, bir-birlərinə qarşı isə mərhəmətlidirlər. Onların rüku edərək və səcdəyə qapanaraq Allahdan lütf və riza dilədiklərini görərsən. Onların nişanəsi üzlərindəki səcdə izidir. Bu, onların Tövratdakı vəsfidir. İncildəki vəsfləri isə belədir: onlar cücərtisini üzə çıxarmış, onu qüvvətləndirmiş, o da qalınlaşıb gövdəsi üstünə qalxmış və əkinçilərin xoşuna gələn bir əkin kimidirlər. Allah (möminlərin sayını belə artırır ki,) bununla kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib yaxşı işlər görənlərə məğfirət və böyük bir mükafat vəd etmişdir.
Kerbelayi Malik ağa:
Allahın Elçisi Hz. Məhəmməd (s.ə.s) və Onunla birlikdə olanlar kafirlərə qarşı çox şiddətli (sərt), öz aralarında çox mərhəmətlidirlər. Onları rüku edərkən, səcdə edərkən və Allahdan fəzl və razılıq istəyərkən görərsən. Onların əlamətləri üzlərindəki səcdə izləridir. Məhz bunlar onların Tövratdakı və İncildəki vəsifləridir. Cücərtisini çıxaran sonra onu qüvvətləndirən, beləcə qalınlaşan, sonunda gövdəsi üzərində yüksələn, əkinçilərin xoşuna gələn əkin kimidir. Onlarla kafirləri qəzəbləndirmək üçündür. Allah onlardan amənu olanlara (Allaha təslim olmağı diləyənlərə) və saleh əməl (nəfsini islahedici əməl) edənlərə məğfirət və böyük mükafat vəd etdi.
Ələsgər Musayev:
Muhəmməd rəsuludur Allahın. O kəslər ki, onunladır,
şiddətlidirlər üzərində kafirlərin və rəhimlidirlər öz aralarında.
Görərsən onları rüku edən və səcdə edən. Onlar fəzl axtarırlar
Allahdan və razılıq. Simaları onların, üzlərindən səcdə
əsərindən bəllidir. Belədir məsəli onların Tövratda. Məsəli
onların Incildə – bir əkinə bənzər, hansı ki, toxum səpilər. Elə
ki, torpaqdan bar çıxartdı, çox nazik və zəifdir, sonra qüdrət
tapıb qalın olar və öz kökü üstündə möhkəm dayanar. Və
əkinçiləri təəccübə gətirər və kafirləri qəzəbləndirər onlarla.
Allah vəd verib onlardan o kəslərə ki, inanırlar və əməli
salehdirlər, onlar üçün bağışlanmaq və əzəmətli əcr var.
A.Mehdiyev və D.Cəfərli:
Muhəmməd Allahın peyğəmbəridir. Onunla birgə olanlar kafirlərin qarşısında güclü və sərt, öz aralarında isə mehribandırlar. Onları həmişə rüku və səcdə halında daim Allahın lütf və bəxşişini və Onun razılığını diləyən görərsən. Onların (ibadət və itaətkarlıqlarının) nişanəsi səcdə nəticəsində üzlərində görünür. Bu onların (Musanın) Tövrat(ın)dakı vəsfidir. Onların (İsanın) İncil(in)dəki vəsfi isə (Allahın,) pöhrələrini (kənarlarından) çıxardığı və gücləndirdiyi, nəhayət qalınlaşaraq möhkəmlənmiş və əkinçiləri təəccübə salan bir tərzdə öz gövdəsi üzərində dayanan əkin kimidir. (Allah,) onların vasitələri ilə kafirləri qəzəbləndirmək üçün (belə edib). Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük mükafat vəd etmişdir.
Kövsər Tağıyev:
Muhamməd Allahın rəsuludur. Onunla birlikdə olanlar inkar edənlərə qarşı şiddətli, bir-birilərinə qarşı isə mərhəmətlidirlər. Onların rüku və səcdə halında Allahdan lütf və razılıq istədiklərini görərsən. Onların səcdə izi olan əlamətləri üzlərindədir. Bax bu, onların Tövratda və İncildə keçən vəsfləridir: Onlar cücərtisini üzə çıxarmış, onu gücləndirmiş, qalınlaşmış, gövdəsi üzərində qalxmış, əkinçilərin xoşuna gələn bir əkin kimidirlər. Allah inkar edənləri onlarla qəzəbləndirmək üçün onları bu şəkildə sağlam və dözümlü edər. Allah onlardan iman edib saleh əməl işləyənlərə bir bağışlanma və böyük bir mükafat vəd etmişdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Məhəmməd Allahın peyğəmbəridir. Onunla olan (möminlər) kafirlərə qarşı qəzəbli, bir-birinə isə mərhəmətlidirlər. Sən onları rüku və səcdə halında görürsən. Onlar Allahdan bir iltifat və riza diləyirlər. Onların əlamətləri etdikləri səcdədən üzlərində qalan izlərdir. Onların Tövratdakı təsviri belədir. Onların İncildəki təsviri isə öz cücərtisini çıxarıb möhkəmləndirən bitkinin (təsvirinə) bənzəyir; o möhkəmlənib qaməti boyu düzələrək əkinçini heyran edir. Allah möminləri beləcə (çoxaltmaqla) kafirləri qeyzə gətirir. Allah onlardan iman gətirib əməlisaleh olanlara bağışlanma və böyük bir mükafat vəd etmişdir!
Sabirə Dünyamalıyeva:
Məhəmməd, Allahın elçisidir/Allahın elçisi Məhəmməd və onunla birlikdə olan kəslər -Allahın, özləriylə kafirləri qəzəbləndirsin deyə onlara [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərə] qarşı sərt, öz aralarında mərhəmətlidirlər. Sən onları, Allahın lütfünü və bir razılıq diləyərək Allahın birliyini öyrədən, boyun əyib tabeçilik göstərən [halda] görərsən. Onların Allaha itaətinin nişanları bütün varlıqlarında/hər yerində görünür. Bu, onların Tövratdakı misalıdır. Onların İncildəki misalı da cücərtisini yarıb çıxarmış, sonra onu gücləndirərək qalınlaşmış, sonra da gövdəsi üstündə dik qalxan bir əkin kimidir. Bu, əkinçilərin da xoşuna gələr. Allah, onlardan iman edən və yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən kəslərə bağışlanma və böyük bir mükafat vəd etmişdir.