Əlixan Musayev:
Sən də Bizim Zikrimizi rədd edib dünya həyatından başqa bir şey istəməyənlərdən üzünü yana çevir!
Bünyadov-Məmmədəliyev:
Artıq (ya Peyğəmbər!) Bizim Quranımızdan üz çevirib dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər!
Elmir Quliyev
:
Отвернись же от того, кто отвернулся от Нашего Напоминания и не пожелал ничего, кроме мирской жизни.
Ələddin Sultanov:
Ona görə də Bizi anmaqdan üz çevirən və dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər!
Kerbelayi Malik ağa:
Artıq zikrimizdən dönən və dünya həyatından başqa bir şey istəməyənlərdən üz çevir.
Ələsgər Musayev:
Üz çevir o kəsdən ki, Bizim yad
etməmizdən üz çevirir və ancaq dünya həyatını istəyir.
A.Mehdiyev və D.Cəfərli:
Buna görə də Bizi yad etməkdən (və Bizim Qur'anımızdan) üz döndərən və yalnız bu dünya həyatını istəyən kəs(lər)dən üz döndər (və onlarla mübahisə etmə).
Kövsər Tağıyev:
Elə isə sən də bizim zikrimizdən (Qur`andan) üz döndərən və dünya həyatından başqa bir şey istəməyən kimsələrdən üz çevir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bizim Zikrimizdən [Qurandan] üz çevirən və yalnız bu dünya həyatını istəyən kəsdən sən də üz döndər.
Sabirə Dünyamalıyeva:
Bizim öyüdümüzdən/Qurandan əl çəkən və müvəqqəti dünya həyatından başqa bir şey istəməyən kəsdən dərhal uzaqlaş.