Hədid Surəsi 29. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Beləcə, Kitab əhli bilsin ki, onlar Allahın lütfündən heç bir şey əldə edə bilməyəcəklər. Şübhəsiz ki, lütf Allahın Əlindədir, onu istədiyinə bəxş edər. Allah böyük lütf sahibidir.
Bünyadov-Məmmədəliyev:
(Muhəmməd əleyhissəlama iman gətirməyən) kitab əhli bilsin ki, onlar Allahın lütfünə (mərhəmətinə, dilədiyi kimsəyə peyğəmbərlik əta etməsinə) heç bir vəchlə mane ola bilməzlər. Şübhəsiz ki, lütf (mərhəmət, nemət) Allahın əlindədir, onu istədiyinə bəxş edər. Allah çox böyük lütf (kərəm) sahibidir! [Və ya: kitab əhli Allahın lütfündən heç bir şeyə nail olmayacaqlarını, həqiqətən, lütfün (mərhəmətin) Allahın əlində olduğunu, Allahın da onu istədiyi kimsəyə bəxş etdiyini bilmədikləri üçünmü küfrdə israr edib dururlar? Halbuki bunu çox əla bilirlər].
Elmir Quliyev :
Аллах одарит вас для того, чтобы люди Писания знали, что они ничего не способны приобрести из милости Аллаха и что милость находится в Руке Аллаха, Который дарует ее тому, кому пожелает. Аллах обладает великой милостью.
Ələddin Sultanov:
Kitab əhli Allahın lütfündən heç bir şey əldə edə bilməyəcəklərini, lütfün yalnız Allahın əlində olduğunu onu istədiyinə verəcəyini bilsinlər. Allah böyük lütf sahibidir.
Kerbelayi Malik ağa:
Kitab əhlinin (fasiq olmaları) Allahın fəzlindən heç bir şeyə güc çatdıra bilməyəcəklərini fəzlin Allahın əlində (qüdrətində) olduğunu onu istədiyinə verəcəyini bilmədikləri üçündür. Allah böyük fəzl sahibidir.
Ələsgər Musayev:
ondan ötrü ki, əhli kitab bilsinlər ki, onlar qadir deyillər üzərində bir şeyə fəzlindən Allahın. Həqiqətən, fəzl Allahın əli ilədir. Əta edər onu kim istəsə Allah əzəmətli fəzl sahibidir!
A.Mehdiyev və D.Cəfərli:
Kitab əhlinin (peyğəmbərlərin sonuncusu həzrət Muhəmmədə (s) iman gətirməyincə) Allahın lütfündən bir şey əldə etməyəcəklərini, [yaxud: kitab əhlinin möminlərin Allahın lütfündən bir şey əldə edə bilməyəcəklərini hər şeyi özlərinə məxsus edə biləcəklərini güman etməmələri,] həmçinin lütf mərhəmətin doğrudan da Allahın əlində olmasını onu istədiyinə verməsini bilməsi üçün! Allah böyük lütf, mərhəmət sahibidir.
Kövsər Tağıyev:
Bunları açıqladıq ki, kitab əhli Allahın lütfündən heç bir şeyi özlərinə aid etməyə güclərinin çatmayacağını lütfün Allahın əlində olduğunu, onu istədiyi kimsəyə verəcəyini bilsinlər. Allah böyük lütf sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Beləcə Kitab əhli bilsin ki, onlar Allahın lütfündən heç bir şeyin qarşısını ala bilməzlər. Şübhəsiz ki, lütf Allahın Öz əlindədir onu istədiyi kəsə verər. Axı Allah böyük lütf sahibidir.
Sabirə Dünyamalıyeva:
-Kitab əhli, Allahın bəxşişlərindən heç bir şey əldə edə bilməyəcəklərini şübhəsiz, bəxşişlərin Allahın əlində olduğunu, onu istədiyinə verdiyini bilsinlər deyə- Allah sizə Öz mərhəmətindən iki pay versin, sizin üçün işığında gedəcəyiniz bir işıq versi