Əlixan Musayev:
De: “O, ər-Rəhmandır! Biz Ona iman gətirib, Ona təvəkkül etmişik. Kimin tam azğınlıq içində olduğunu (tezliklə) biləcəksiniz.
Bünyadov-Məmmədəliyev:
De: “O bizim iman gətirdiyimiz və təvəkkül etdiyimiz Rəhmandır. Kimin (haqq yoldan) açıq-aydın azmış olduğunu (tezliklə) biləcəksiniz!”
Elmir Quliyev
:
Скажи: "Он — Милостивый! Мы уверовали в Него и уповаем только на Него, и вы узнаете, кто пребывает в очевидном заблуждении".
Ələddin Sultanov:
De: “O, Rəhmandır (çox mərhəmətlidir)! Biz Ona iman gətirmiş və Ona təvəkkül etmişik. Kimin açıq-aydın bir azğınlıq içində olduğunu yaxın bir vaxtda biləcəksiniz”.
Kerbelayi Malik ağa:
De ki: ‘O, Rəhmandır, Ona iman etdik və Ona təvəkkül etdik.’ Artıq açıq-aşkar dəlalətdə olan kimdir, yaxında biləcəksiniz.
Ələsgər Musayev:
De: «O Rəhmandır – biz
Ona inandıq və Ona təvəkkül edirik. Biləcəksiniz kimdir aşkar
zəlalətdə!»
A.Mehdiyev və D.Cəfərli:
De: «O (sizi tovhidinə dəvət etdiyim kəs bütün varlıq aləminə) rəhmət bəxş edən Allahdır, Ona iman gətirdik və Ona təvəkkül etdik. Beləliklə, tezliklə kimin açıq-aşkar bir azğınlıqda olduğunu biləcəksiniz».
Kövsər Tağıyev:
De ki: “O Rəhmandır. Ona iman etdik, yalnız Ona təvəkkül etdik. Siz kimin açıq-aşkar zəlalət içində olduğunu yaxında öyrənəcəksiniz!”
M.Qənioğlu və T.Bilaloğlu:
De: "O, mərhəmətli Allahdır, biz Ona iman gətirdik və Ona təvəkkül etdik. Kimin aşkar bir yanılma içərisində olduğunu biləcəksiniz!"
Sabirə Dünyamalıyeva:
De ki: "O, yaratdığı bütün canlılara dünyada çox mərhəmət edəndir. Biz, Ona iman gətirdik və [işlərin] nəticəsini yalnız Ona tapşırdıq. Artıq kimin açıq-aşkar bir azğınlıq içində olduğunu tezliklə biləcəksiniz."