Əraf Surəsi 29. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Rəbbim ədalətli olmağı əmr etdi. Hər səcdə etdiyiniz yerdə üzünüzü Ona tutun Allaha dini məhz Ona məxsus edərək dua edin. Sizi ilk dəfə yaratdığı kimi diriləcəksiniz”.
Bünyadov-Məmmədəliyev:
De: “Rəbbim ədaləti əmr etdi. Hər səcdədə (namaz vaxtı) üzünüzü (bütlərə deyil, Ona tərəf ya qibləyə) tutun. (Allaha) dini yalnız Ona məxsus edərək ibadət edin. Sizi (yoxdan) yaratdığı kimi, yenə Onun hüzuruna qayıdacaqsınız!
Elmir Quliyev :
Скажи: "Мой Господь велел поступать справедливо". Обращайте к Нему лица в любом месте поклонения и взывайте к Нему, очищая перед Ним веру. Он сотворил вас изначально, и так же вы будете возвращены".
Ələddin Sultanov:
De: “Rəbbim ədaləti əmr etdi. Hər səcdənizdə üzünüzü (Allaha) çevirin dini yalnız Ona məxsus edərək dua edin! Sizi yoxdan yaratdığı kimi, yenə (Onun hüzuruna) qayıdacaqsınız.
Kerbelayi Malik ağa:
De ki: ‘Rəbbim ədalətli davranmağınızı bütün məscidlərdə özünüzü (vəchlərinizi) namaza həsr etməyinizi əmr etdi. Dində ixlasla Ona (Allaha) dua edin. Sizi yaratdığı kimi (Ona) dönərsiniz.’
Ələsgər Musayev:
De: «Əmr etdi Rəbbim insaf ilə. Hər ayağa qalxanda üzünüzü külli səcdə edilənin yanında Ona tərəf tutun dininizi, xalis Onun üçün edərək çağırın Onu! qədər, O sizi qabaqca vücuda gətirdi, eləcə qayıdarsınız!
A.Mehdiyev və D.Cəfərli:
De: «Rəbbim ədalətə əmr etmişdir. «üzünüzü diqqətinizi hər səcdə namazda, hər namaz vaxtı hər bir məsciddə (Allaha) yönəldin din itaəti yalnız Onun üçün xalisləşdirərək Onu çağırın» (deyə buyurmuşdur). Sizi əvvəldə yaratdığı kimi (Qiyamət günü) qayıdacaqsınız» (cisminizi torpaqdan yaratdığı kimi ölümdən cisminizdə parçalanma yarandıqdan sonra, yenidən onun səhnəsinə qayıdacaqsınız. Öz əzəli elmində sizin xoşbəxt bədbəxt olmağınız hökmünü verdiyi kimi həmin iki halın gerçəkləşməsiylə Məhşərə qayıdacaqsınız. Lakin əzəli elmdə verilmiş xoşbəxtlik bədbəxtlik hökmünün gerçəkliklə üst-üstə düşməsi ixtiyaridir).
Kövsər Tağıyev:
De ki: “Rəbbim ədaləti əmr etdi. Hər səcdə yerində üzlərinizi (Ona) tutun. Dini Allaha məxsus edərək (ixlasla) Ona ibadət edin. Sizi başlanğıcda yaratdığı kimi (yenə Ona) qayıdacaqsınız”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Rəbbim ədalətli olmağı buyurmuşdur. Hər məsciddə üzünüzü (Ona) tutun Onun üçün dini saflaşdıraraq Ona dua edin. Sizi ilk dəfə necə yaradıbsa, eləcə (Ona) qayıdacaqsınız.
Sabirə Dünyamalıyeva:
De ki: "Rəbbim haqqaniyeti əmr etdi. Hər məscidin[#100] yanında; camaat arasında üzünüzü; bütün mənliyinizi Ona doğru çevirin dini ancaq Ona məxsus edərək Rəbbinizə yalvarın. Sizi ilk dəfə yaratdığı kimi, Ona qayıdacaqsınız."