Ənfal Surəsi 29. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər sizi bağışlayar. Allah böyük lütf sahibidir.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər (dünyada axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf (mərhəmət) sahibidir!
Elmir Quliyev :
О те, которые уверовали! Если вы будете бояться Аллаха, то Он одарит вас способностью различать истину и ложь, отпустит вам ваши прегрешения и простит вас. Воистину, Аллах обладает великой милостью.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə yaxşı pisi bir-birindən ayırd etmə anlayışı verər, günahlarınızın üstünü örtər sizi bağışlayar. Allah böyük lütf sahibidir.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Allaha qarşı təqva sahibi olsanız, sizi furqan (haqq batili ayırd etmə özəlliyi) sahibi edər! Sizin günahlarınızı örtər sizi məğfirət edər (günahlarınızı savaba çevirər). Allah böyük fəzl sahibidir.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Əgər Allahdan qorxsanız, O sizə Furqanı verər pisliklərinizin üstünü örtər sizi bağışlayar Allah əzəmətli fəzl sahibidir!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, əgər Allahdan qorxsanız, O, sizə (haqla batili bir-birindən) ayırd edən bir qüvvə verər, sizin (kiçik) günahlarınızı təmizləyər, sizi(n böyük günahlarınızı) bağışlayar. Allah böyük lütf ehsan sahibdir.
Kövsər Tağıyev:
Ey iman edənlər! Əgər Allaha qarşı gəlməkdən çəkinsəniz, O, sizə yaxşını pisdən seçəcək bir qavrayış verər sizin pisliklərinizin üstünü örtər, sizi bağışlayar. Allah böyük lütf sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Əgər siz Allahdan qorxsanız O, sizə (haqqı nahaqdan) fərqləndirmək bacarığı verər, sizi pis əməllərinizdən təmizlər sizi bağışlar. Həqiqətən, Allah böyük fəzilət sahibidir!
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Allahın mühafizəsi altına daxil olsanız, O, sizə haqqı batildən ayırd etmə bacarığı verər sizin günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah çox böyük lütf sahibidir.