Əlixan Musayev:
Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!
Bünyadov-Məmmədəliyev:
(Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz! (Yalnız Allah istəsə, istəyə bilərsiniz. Siz insanlar həmişə Allahın qüdrəti, hökmü və iradəsi altındasınız. O sizi bir şeyi istəməyincə siz onu özünüzə istəyə bilməzsiniz. Ona görə də hər işdə Allaha təvəkkül edin!)
Elmir Quliyev
:
Но вы не пожелаете этого, если этого не пожелает Аллах, Господь миров.
Ələddin Sultanov:
Aləmlərin Rəbbi olan Allah istəmədikcə, siz istəyə bilməzsiniz.
Kerbelayi Malik ağa:
Aləmlərin Rəbbi Allah istəmədikcə siz istəyə bilməzsiniz.
Ələsgər Musayev:
İstəmirsiniz bunu siz, ancaq
ki, istəməsə Allah – Rəbbi aləmlərin!
A.Mehdiyev və D.Cəfərli:
Aləmlərin Rəbbi olan Allah (yaradılış iradəsi ilə) istəməyincə siz (bu yolu seçməyi) istəyə bilməzsiniz. (Çünki, sizin ixtiyar üzündən olan iradəniz ixtiyari əməlləriniz kimi Allahın iradəsinə bağlıdır.)
Kövsər Tağıyev:
Aləmlərin Rəbbi olan Allah istəmədikcə siz istəyə bilməzsiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
Aləmlərin Rəbbi Allah istəmədikcə, siz də istəyə bilməzsiniz.
Sabirə Dünyamalıyeva:
Aləmlərin Rəbbi olan Allah sizin düşünməyinizi, öyüd almağınızı istəməsə, siz istəyə bilməzsiniz.