Yunus Surəsi 3. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Şübhəsiz ki, Rəbbiniz göyləri yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. İşləri yoluna qoyan Odur. Yalnız Onun icazəsindən sonra kimsə şəfaətçi ola bilər. Budur, Rəbbiniz Allah. Ona ibadət edin. Məgər düşünüb ibrət almırsınız?
Bünyadov-Məmmədəliyev:
Rəbbiniz göyləri yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan (ərşə üz tutan), hər işi yerinə qoyan (səhmana salan) Allahdır. Onun izni olmadan heç bir şəfaət edən ola bilməz. Bu, Rəbbiniz olan Allahdır. Ona ibadət edin. Məgər öyüd-nəsihət qəbul etməyəcəksiniz?
Elmir Quliyev :
Воистину, ваш Господь Аллах, Который создал небеса и землю за шесть дней, а потом вознесся на Трон (или утвердился на Троне). Он управляет делами. Никто не будет заступаться, кроме как после Его дозволения. Таков Аллах, ваш Господь. Поклоняйтесь же Ему. Неужели вы не помяните назидание?
Ələddin Sultanov:
Şübhəsiz ki, Rəbbiniz göyləri yeri altı gündə yaradan, sonra da işləri tənzimləyərək ərşə istiva edən Allahdır. Onun izni olmadan heç kim şəfaətçi ola bilməz. O, Rəbbiniz olan Allahdır. Elə isə Ona ibadət edin! Hələ düşünmürsünüzmü?
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, sizin Rəbbiniz Allah səmaları yer üzünü 6 gündə yaradandır. Sonra ərşə istiva etdi. İşləri nizamlayar Onun izni olmadan bir şəfaətçi yoxdur. O, Allah sizin Rəbbinizdir. Artıq Ona qul olun. Hələ təzəkkür etmirsinizmi?
Ələsgər Musayev:
Həqiqətən, Rəbbiniz Allah–Odur ki, səmaları ərzi altı gündə xəlq etdi. Sonra ərşi yaratdı, bütün işlərinə tədbir qılaraq, öz hökmü altına aldı. Onun izni olmadan şəfa edən olmaz. Budur sizin Allah Rəbbinizdir Ona ibadət edin! Ə, yad etmirsinizmi?
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən sizin Rəbbiniz göyləri yeri altı gün(ə bərabər olan bir müdət)də (yaxud altı gecə gündüzdə, ya da altı mərhələdə) yaradan, sonra taxta (qüdrət tədbir taxtına) hakim olan Allahdır. İşi (yaradılış işini) daim (səbəb-nəticə qanunu əsasında) idarə edir. (Dünyanın səbəb nəticələri arasında) Onun izni olmadan heç bir şəfaətçi (vasitə) yoxdur. Budur Rəbbiniz olan Allah. Buna görə Ona ibadət edin. Heç öyüd-nəsihət almırsınız?
Kövsər Tağıyev:
Şübhəsiz, Rəbbiniz göyləri yeri altı gündə (altı mərhələdə) yaradan, sonra Ərşə bərqərar olub işləri yoluna qoyan Allahdır. Onun izni olmadan heç kim şəfaətçi ola bilməz. O, Rəbbiniz Allahdır. Elə isə Ona qulluq edin. Hələ düşünmürsünüzmü?
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, sizin Rəbbiniz göyləri yeri altı günə yaradan, sonra isə ərşdə qərar tutaraq, bütün işləri yoluna qoyan Allahdır. Ancaq Onun iznindən sonra bir havadar ola bilər. Bax budur sizin Rəbbiniz olan Allah. Ona ibadət edin! Bir öyüd-nəsihət almazsınızmı?!
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, sizin Rəbbiniz göyləri yeri altı mərhələdə meydana gətirən, sonra ən böyük taxt üzərində hökmranlıq quran,[#198] hər işi idarə edən Allahdır. Dünyada kömək edəcək, dəstək olacaq adam ancaq Onun icazəsi/xəbəri olduqdan sonra kömək edə bilər. Bax bu, Rəbbiniz olan Allahdır. O halda, ancaq Ona ibadət edin! Məgər düşünüb ibrət almayacaqsınız?