Hud Surəsi 3. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həm Rəbbinizdən bağışlanma diləyəsiniz, sonra da tövbə edəsiniz ki, O sizə müəyyən olunmuş vaxtadək gözəl gün-güzəran nəsib etsin hər fəzilət sahibinə Öz lütfündən versin. Əgər (Ondan) üz çevirsəniz, (bilin ki), mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram.
Bünyadov-Məmmədəliyev:
Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən bir müddət (ömrünüzün sonunadək) sizə yaxşı gün-güzəran versin hər bir əməl sahibinə (əməlinin) mükafatını ehsan buyursun. Əgər (imandan, mənim dəvətimdən, öyüd-nəsihətimdən) üz döndərsəniz, bilin ki, mən (müsibəti) böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram.
Elmir Quliyev :
Просите прощения у вашего Господа и раскаивайтесь перед Ним, чтобы Он наделил вас прекрасными благами до определенного срока и одарил Своей милостью каждого милостивого. Если же вы отвернетесь, то я боюсь, что вас постигнут мучения в Великий день.
Ələddin Sultanov:
Həmçinin Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz! Sonra Ona tövbə edin ki, O, (dünyada) müəyyən bir vaxta qədər sizə gözəl nemətlər versin hər bir yaxşı əməl sahibini mükafatlandırsın. Əgər üz döndərsəniz, (bilin ki,) mən sizin üçün böyük günün əzabından qorxuram.
Kerbelayi Malik ağa:
Rəbbinizdən məğfirət istəməyiniz, sonra Ona tövbə etməyiniz təyin olunmuş bir zamana qədər sizi gözəl bir məta ilə mətalandırması (faydalandırması) hər fəzl sahibinə fəzlini verməsi üçündür. Əgər üz çevirsəniz o zaman mən böyük günün əzabının sizin üzərinizə olmasından qorxuram.
Ələsgər Musayev:
Rəbbinizdən bağışlanmaq istəyəsiz, sonra Ona tərəf qayıdasız, mətahlandırsın sizi mətahnan yaxşı, tərəfinə əcəlin toxunanın əta etsin külli fəzl sahibinə Öz fəzlini. Əgər üz döndərsəniz, mən sizin üçün böyük günün əzabından xoflanıram.
A.Mehdiyev və D.Cəfərli:
«Və öz Rəbbinizdən bağışlanmaq istəyəsiniz, sonra (tövbə edərək) Ona tərəf qayıdasınız ki, sizi müəyyən müddətədək (dünya həyatının) gözəl bəhrələrindən bəhrələndirsin hər bir fəzilət sahibinə öz dəyərini (hər bir kamal sahibinə kamalına uyğun olaraq onun dünya axirət kamilliklərinin mükafatını) əta etsin. əgər üz döndərsəniz, şübhəsiz, mən sizin üçün böyük günün əzabından qorxuram.»
Kövsər Tağıyev:
Rəbbinizdən bağışlanma diləyin, sonra da Ona tövbə edin ki, sizə müəyyən bir müddətə (ömrünüzün sonuna) qədər gözəl bir gün-güzaran versin hər fəzilət sahibinə fəzilətinin əvəzini versin. Əgər üz çevirsəniz, mən sizin üçün böyük bir günün əzabından qorxuram.
M.Qənioğlu və T.Bilaloğlu:
Siz Öz Rəbbinizdən bağışlanmanızı diləyəsiniz, sonra isə ona tövbə edəsiniz. Onda O, sizi müəyyən olunmuş əcələ [vaxta] qədər gözəl nemətlərlə faydalandırar, hər bir fəzilət sahibinə fəzilətini verər. Əgər üz çevirsəniz, onda mən sizə olacaq böyük günün [qiyamət gününün] əzabından qorxuram.
Sabirə Dünyamalıyeva:
Rəbbinizdən əfv diləyin, sonra da Ona tövbə edin ki, sizi müəyyən bir müddətin sonuna qədər yaxşıca bəhrələndirsin. hər fəzilət sahibinə nemətlərini versin. əgər üz döndərsəniz, mən sizin əleyhinizə olan böyük bir günün əzabından qorxuram.