Əlixan Musayev:
Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda dərin düşünən adamlar üçün dəlillər vardır.
Bünyadov-Məmmədəliyev:
Yeri (insanların və başqa canlıların yaşaya bilməsi üçün) döşəyən (uzadıb genəldən), orada möhkəm dağlar, çaylar yaradan, bütün meyvələrdən (erkək-dişi, yaxud şirin-acı, turş-meyxoş və s. olmaqla) cüt-cüt yetişdirən, gecəni gündüzlə (gündüzü də gecə ilə) örtüb bürüyən Odur. Şübhəsiz ki, bunda (bütün bu deyilənlərdə) düşünən insanlar üçün (Allahın qüdrətini və vəhdaniyyətini sübut edən) neçə-neçə dəlillər vardır!
Elmir Quliyev
:
Он — Тот, Кто распростер землю, установил на ней незыблемые горы и реки, взрастил на ней из разных плодов по паре. Он покрывает день ночью. Воистину, в этом — знамения для людей размышляющих.
Ələddin Sultanov:
Yer üzünü döşəyən, orada möhkəm dağlar və çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yaradan Odur. O, gündüzü gecəyə qərq edər. Şübhəsiz ki, bunda düşünən bir qövm üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır.
Kerbelayi Malik ağa:
Yer üzünü döşəyən, orada dağlar və çaylar yaradan, bütün məhsullardan cüt-cüt yetişdirən Odur. Gecəni gündüzə örtüb bürüyər. Şübhəsiz ki, bunda təfəkkür edən qövm üçün əlbəttə ayələr (dəlillər) vardır.
Ələsgər Musayev:
O – Odur ki, ərzi geniş etdi və etdi onda möhkəm dağlar və çaylar və külli səməratdan etdi orada iki cütnən ikisini. Qaranlıq gecəni gündüzlə örtdü. Həqiqətən, bunlarda fikirləşən qoum üçün ayətlər vardır.
A.Mehdiyev və D.Cəfərli:
Və bu yeri döşəyən, orada sabit və möhkəm dağlar və çaylar yaradan və orada bütün meyvələrdən (və heyvanlardan, bitkilərin toxumlarından) cüt-cüt və erkək və dişi yaradan Odur! Gecəni (tədriclə, gecələrin uzanan vaxtlarında) gündüzün üzərinə örtür. Şübhəsiz, bunda (atmosfer dəyişkənliyində) Onun zat və sifətlərinin birliyinə dair) düşünən dəstə üçün nişanələr vardır.
Kövsər Tağıyev:
O, yeri yayıb döşəyən, orada dağlar, çaylar meydana gətirən, orada hər cür meyvədən (erkək-dişi olmaqla) cüt-cüt yaradandır. O, gecəni gündüzə bürüyür. Şübhəsiz, bunlarda düşünən bir qövm üçün (Allahın varlığını göstərən) dəlillər var.
M.Qənioğlu və T.Bilaloğlu:
Yer üzünü döşəyən, orada möhkəm duran dağlar və çaylar yaradan, hər növ (bitki) məhsullarından cüt-cüt yaradan və gündüzü gecə ilə bürüyüb örtən Odur. Doğrudan da fikirləşən adamlar üçün bunda dəlillər vardır.
Sabirə Dünyamalıyeva:
Və O, yeri uzadan, orada sabit dağlar və çaylar əmələ gətirəndir. Və O, orada bütün meyvələrdən iki yoldaş yaratdı. O, gecəni gündüzün üstünə örtür. Şübhəsiz ki, bunda yaxşıca düşünən bir qövm üçün işarətlər/nişanələr var.