İbrahim Surəsi 3. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O kəslərin ki, dünyanı axirətdən üstün tutur, (insanları) Allah yolundan sapdırır onu əyri göstərməyə çalışırlar. Onlar dərin bir azğınlıq içindədirlər.
Bünyadov-Məmmədəliyev:
O kəslər ki, dünyanı (fani dünya malını) axirətdən (axirət nemətlərindən) üstün tutur, (insanları) Allah yolundan döndərir (islam dinini qəbul etməyə mane olur) o yolu əyri hala salmaq istəyirlər. Onlar (haqq yoldan) azıb uzaq düşmüşlər.
Elmir Quliyev :
которые предпочитают мирскую жизнь Последней жизни, сбивают других с пути Аллаха и искажают его. Они пребывают в глубоком заблуждении.
Ələddin Sultanov:
Dünya həyatını axirətdən üstün tutan, (insanları) Allah yolundan döndərən əyri yolu istəyənlər (haqdan) uzaq bir zəlalət içindədirlər.
Kerbelayi Malik ağa:
Onlar dünya həyatını axirət həyatından üstün tutarlar. Allahın yolundan sapdırarlar onu əymək istəyərlər. Onlar uzaq bir dəlalət içindədirlər.
Ələsgər Musayev:
o kəslər ki, dünya həyatını axirət həyatından artıq sevirlər sədd çəkirlər Allahın yolundan onda əyrilik axtarırlar. Həmin onlardır ki, uzaq zəlalətdədirlər.
A.Mehdiyev və D.Cəfərli:
O kəslərə ki, dünya həyatını sevir onu axirətdən üstün tuturlar, (insanları) Allahın yolundan saxlayır onun əyriliyini istəyirlər (onun qanunlarını əyri kimi təqdim edir camaatı ondan azdırırlar). Onlar uzun-uzadı bir azğınlıq içərisindədirlər.
Kövsər Tağıyev:
Dünya həyatını axirət həyatından üstün tutanlar, (insanları) Allah yolundan döndərib onu əyri təzadlı göstərmək istəyənlər ki var, onlar dərin bir zəlalət içindədirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
o kəslərin ki, onlar bu dünya həyatını axirətdən üstün tutub sevir, (insanları) Allahın yolundan çıxarır onu əyməyə çalışırlar. Onlar dərin yanılma içərisindədirlər.
Sabirə Dünyamalıyeva:
dünya həyatını axirətdən üstün tutan, Allahın yolundan döndərən onun əyriliyini istəyən kafirlərin [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslərin],Bax bunlar, çox uzaq bir azğınlıq içindədirlər.