İsra Surəsi 3. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Ey) Nuhla birlikdə (gəmidə )daşıdıqlarımızın nəsli! Nuh doğrudan da (Bizə) minnətdar olan bir qul idi.
Bünyadov-Məmmədəliyev:
Ey Nuhla birlikdə (gəmiyə) mindirib apardığımız (tufandan xilas etdiyimiz) kəslərin nəsli! Həqiqətən, o (Nuh Allahın nemətlərinə) çox şükür edən bir bəndə idi!
Elmir Quliyev :
О потомки тех, кого Мы перенесли вместе с Нухом (Ноем)! Воистину, он был благодарным рабом".
Ələddin Sultanov:
Ey Nuhla birlikdə (gəmidə) daşıdığımız kimsələrin zürriyyəti! Həqiqətən, o, çox şükür edən bir bəndə idi.
Kerbelayi Malik ağa:
Ey Nuh (ə.s) ilə birgə daşıdıqlarımızın nəslindən olanlar! Şübhəsiz ki, O (Nuh ə.s), çox şükür edən bir qul idi.
Ələsgər Musayev:
ay o kəslərin zürriyyəti ki, Nuhla birlikdə götürdük. Həqiqətən, o, şükr edən bəndələrdən oldu!»
A.Mehdiyev və D.Cəfərli:
(İsrail övladları) Nuhla birlikdə (gəmiyə) mindirdiyimiz kəslərin övladlarıdır. Çünki o, şükr edən bir bəndə idi.
Kövsər Tağıyev:
Ey Nuh ilə birlikdə (gəmidə) daşıdığımız kimsələrin övladları! Həqiqətən, o, çox şükür edən bir qul idi.
M.Qənioğlu və T.Bilaloğlu:
ey Nuhla (gəmiyə) mindirib apardığımız kəslərdən törəmiş nəsil! Həqiqətən, o [Nuh], şükr edən bir bəndə idi."
Sabirə Dünyamalıyeva:
İsrail oğulları -Nuhla birgə gəmiyə mindirərək xilas etdiyimiz kəslərin soyundan olanlar- üçün bir bələdçi etdik. Şübhəsiz ki, Nuh, şükr edən; özünə verilən nemətlərin əvəzini çox ödəyən bir bəndə idi.