Taha Surəsi 3. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Onu Allahdan) qorxanlar üçün ancaq nəsihət kimi (göndərdik).
Bünyadov-Məmmədəliyev:
(Biz onu Allahın əzabından) qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq (göndərdik).
Elmir Quliyev :
а только в качестве назидания для тех, кто страшится.
Ələddin Sultanov:
Məhz (Allahdan) qorxanlara nəsihət olsun deyə (nazil etdik).
Kerbelayi Malik ağa:
Huşu sahiblərinə zikr (öyüd-nəsihət) olsun deyə.
Ələsgər Musayev:
ancaq yad etmə o kəs üçün ki, çəkinir,
A.Mehdiyev və D.Cəfərli:
Lakin (Biz onu) qorxan (tovhid fitrəti əsasında xilqətində yaradılışın mənşəyi məad qorxusu olan) hər bir kəsə bir öyüd olması üçün (göndərdik).
Kövsər Tağıyev:
ancaq (Allahın əzabından) qorxanlara (bir xəbərdarlıq) olsun deyə nazil etdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Onu ancaq (göndərmişik ki,) (Allahdan) qorxan kəs üçün bir öyüd- nəsihət ola.
Sabirə Dünyamalıyeva:
fəqət hörmət, məhəbbət elmlə ürpərən kəslər üçün bir öyüd-nəsihət olsun deyə,