Ənbiya Surəsi 3. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
qəlbləri qəflət içində qaldığı halda. Zalımlar öz aralarında xəlvətcə pıçıldaşıb deyirlər: “Məgər bu sizin kimi adi bir insan deyilmi? Gözünüz görə-görə sehrəmi inanacaqsınız?”
Bünyadov-Məmmədəliyev:
Qəlbləri qəflət içində olaraq (ona qulaq asmasınlar). Zalımlar öz aralarında gizli pıçıldaşıb (bir-birinə): “Bu (Muhəmməd) sizin kimi ancaq adi bir insandır. (Onun gətirdiyi Quran sehrdən, cadudan başqa bir şey deyildir). Gözünüz görə-görə sehrəmi uyursunuz?” dedilər.
Elmir Quliyev :
Сердца же их оставались беспечными. Беззаконники говорили между собой тайком: "Разве это не такой же человек, как и вы? Неужели вы покоритесь колдовству, которое вы видите воочию?"
Ələddin Sultanov:
Onların qəlbləri əyləncədədir (qəflətdədir). Zülm edənlər (öz aralarında) gizli-gizli pıçıldaşdılar ki: “Bu (Mühəmməd) da sizin kimi bir insandır. Elə isə gözünüz görə-görə sehrəmi tabe olursunuz?”
Kerbelayi Malik ağa:
Onların qəlbləri (Allahın söylədiklərinə) əhəmiyyət verməməkdədir. Zülm edənlər gizlicə pıçıldaşdılar: ‘Bu (Hz. Məhəmməd s.ə.s) sizin kimi adi bir insan deyilmi? Yoxsa siz görə-görə sehrəmi uyursunuz?’
Ələsgər Musayev:
Onların qəlbləri məşğuldur. sirli şəkildə müsahibə etdilər o kəslər ki, zalimdirlər: «Məgər bu, ancaq bəşər deyilmi misliniz sizin? Ə, siz olacaqsınız sehr edən bir halda ki, görürsünüz?»
A.Mehdiyev və D.Cəfərli:
(Vəhy Qur’ana) qəlbləri (puç batil işlərə) məşğul olan halda (qulaq asarlar). Zalımlar öz sirli danışıqlarını gizlədərək «məgər bu (Muhəmməd) sizin kimi bir bəşər deyil?! Özünüz görə-görə caduya tərəf gedirsiniz!» (deyərlər).
Kövsər Tağıyev:
O zülm edənlər gizli- gizli belə pıçıldaşdılar: “Bu da ancaq sizin kimi bir insandır. İndi siz göz görəgörə sehrə qapılacaqsınız?”
M.Qənioğlu və T.Bilaloğlu:
qəflətdə olan ürəkləri ilə. Haqsızlar xəlvəti söhbət edərək (bir- birlərinə): “Məgər bu, sizini kimi bir insan deyil?! Yəni gözünüz görə- görə sehrbazlığa uyacaqsınız?“ - dedilər.
Sabirə Dünyamalıyeva:
şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən o kəslər, aralarında gizlicə belə pıçıldaşırlar: "Bu, sizin kimi bir insandan başqa bir şey ola bilərmi? Artıq, gözünüz görə-görə sehrə uyursunuz?"