Nur Surəsi 3. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Zinakar kişi ancaq zinakar ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu, haram edilmişdir.
Bünyadov-Məmmədəliyev:
Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu (belə bir evlənmə), möminlərə haram edilmişdir.
Elmir Quliyev :
Прелюбодей женится только на прелюбодейке или многобожнице, а на прелюбодейке женится только прелюбодей или многобожник. Верующим же это запрещено.
Ələddin Sultanov:
Zina edən bir kişi yalnız zina edən bir qadınla ya müşrik bir qadınla evlənə bilər. Zina edən qadın da yalnız zina edənlə ya müşrik bir kişi ilə evlənə bilər. Bu, möminlərə haram edilmişdir.
Kerbelayi Malik ağa:
Zinakar kişi zinakar: qadından ya müşrik olan qadından başqası ilə evlənə bilməz. Zinakar qadını da zinakar kişi ya müşrik olan kişidən başqası ala bilməz. Bu, möminlərə haram qılınmışdır.
Ələsgər Musayev:
Zinakar kişi ancaq zinakar, ya müşrikə qadınla nigah edə bilər. Zinakar qadını zinakar, ya müşrik kişi nigah edə bilər bu, haram oldu inananlara.
A.Mehdiyev və D.Cəfərli:
Zinakar kişi (təbii ki,) zinakar ya müşrik qadından başqası ilə evlənməz (və o, əsla iffətli qadının arxasınca getməz) zinakar qadını (təbii ki,) zinakar ya müşrik kişidən başqası almaz. Bu (cür ailə qurmaq iffətlərinə görə) möminlərə qadağan edilmişdir.
Kövsər Tağıyev:
Zina edən kişi ancaq zina edən ya Allaha şərik qoşan bir qadınla evlənər. Zina edən bir qadınla da ancaq zina edən ya Allaha şərik qoşan bir kişi evlənər. Bu, möminlərə haram buyurulmuşdur.
M.Qənioğlu və T.Bilaloğlu:
Zinakar kişi ancaq zinakar qadınla ya müşrik qadınla evlənər. Zinakar qadın da ancaq zinakar kişiyə ya müşrik kişiyə ərə gedər. Möminlərə isə bu, haram edilmişdir.
Sabirə Dünyamalıyeva:
Zina edən kişi, zina edən ya şərik qoşan bir qadından başqası ilə evlənmir; zina edən bir qadınla da yalnız zinakar yaxud şərik qoşan kişi evlənir. bu; belə evlilik qaydası möminlərə haram edilmişdi.