Əlixan Musayev:
Kafirlər: “O Saat bizə gəlməyəcəkdir!”– dedilər. De: “Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, o, mütləq sizi haqlayacaqdır. Göylərdə və yerdə zərrə qədər olan bir şey də Ondan gizli qalmaz. Bundan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-məhfuzda) olmasın”.
Bünyadov-Məmmədəliyev:
(Ayələrimizi) inkar edənlər: “Qiyamət bizə gəlməyəcəkdir!” – dedilər. (Ya Peyğəmbər! Sən onlara) de: “Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, qiyamət sizə gələcəkdir. Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!”
Elmir Quliyev
:
Неверующие сказали: "Час не наступит для нас". Скажи: "Нет, клянусь моим Господом, Ведающим сокровенное! Он непременно наступит для вас. Ни на небесах, ни на земле не ускользнет от Него даже то, что весом с мельчайшую частицу, или меньше нее, или больше нее. Все это есть в ясном Писании,
Ələddin Sultanov:
Kafirlər: “Qiyamət bizə gəlməyəcək!” - dedilər. De ki: “Xeyr! Qeybi bilən Rəbbimə and olsun ki, o, mütləq sizə gələcəkdir. Göylərdə və yerdə zərrə qədər bir şey belə Ondan gizli qalmaz. Hətta ondan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın bir kitabda (lövhi-məhfuzda) olmasın”.
Kerbelayi Malik ağa:
Kafirlər: ‘O saat (qiyamət) bizə gəlməyəcək.’ dedilər. De ki: ‘Xeyr, qeybi bilən Rəbbim mütləq onu sizə gətirəcək. Göylərdə və yerdə zərrə qədər olan bir şey belə Ondan gizli qala bilməz. Bundan daha kiçiyi və daha böyüyü belə açıq-aşkar Kitabdadır.’
Ələsgər Musayev:
Dedilər
o kəslər ki, kafirdirlər: «Bizə saat gəlməyəcək!» De: «Bəli!
And olsun Rəbbimə – qeybə Alim olana, gələcək o sizə!»
Ondan gizli deyil misqalın zərrəsi səmalarda və ərzdə. Bundan
kiçik və böyük, ancaq aşkar kitabdadır.
A.Mehdiyev və D.Cəfərli:
Və kafir olanlar dedilər: «Əsla bizə Qiyamət günü gəlməyəcəkdir». De: «Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, mütləq (Qiyamət) sizə gələcəkdir»; O Allah ki, qeybi biləndir. Göylərdə və yerdə zərrə ağırlığında heç bir şey Onun elmindən gizlin deyildir. Bundan daha kiçik və daha böyük (bir şey) yoxdur ki, açıq – aşkar kitabda (Lövhi - Məhfuzda) olmasın.
Kövsər Tağıyev:
İnkar edənlər: “Qiyamət bizə gəlməyəcək”, – dedilər. De ki: “Xeyr, elə deyil. Qeybi bilən Rəbbimə and olsun ki, qiyamət sizə mütləq gələcəkdir. Nə göylərdə, nə də yerdə zərrə ağırlığında bir şey belə Ondan gizli qalmaz. Bundan daha kiçik və daha böyük nə varsa, hamısı açıq-aydın bir kitabdadır”.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlər dedilər: “Qiyamət bizə gəlməyəcək!" De: “Bəli! And olsun qeybin bilicisi Rəbbimə, o sizə gələcəkdir!" Göylərdə və yerdə bir misqal zərrə belə Onun nəzərindən qaçmaz. Bundan kiçik də, böyük də elə bir şey yoxdur ki, aydın Kitabda olmasın.
Sabirə Dünyamalıyeva:
Və kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən o kəslər]: "Bizə o qiyamətin qopma anı gəlməyəcək" dedilər. De ki: "Bəli, gələcəkdir. Görünməyəni, eşidilməyəni, hiss edilməyəni, keçmişi, gələcəyi bilən Rəbbimə and olsun ki, iman edən və yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən o kəslərə