Mömin Surəsi 3. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Bu), günahları Bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli olan lütf sahibindəndir!Ondan başqa məbud yoxdur. Dönüş Onadır.
Bünyadov-Məmmədəliyev:
Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan (Allahdandır)! Ondan başqa heç bir tanrı yoxdur. Axır dönüş Onadır!
Elmir Quliyev :
Прощающего грехи, Принимающего покаяния, Сурового в наказании, Обладающего милостью. Нет божества, кроме Него, и к Нему предстоит прибытие.
Ələddin Sultanov:
O, günahları bağışlayan, tövbələri qəbul edən, şiddətlə cəzalandıran lütf sahibi olan Allahdır. Ondan başqa heç bir ilah yoxdur. Qayıdış yalnız Onadır.
Kerbelayi Malik ağa:
(O), günahları məğfirət edən, tövbələri qəbul edən, cəzası şiddətli olan, ehsan, fəzl kərəm sahibi olandır. Ondan başqa İlah yoxdur. Dönüş Onadır.
Ələsgər Musayev:
günahları bağışlayandan qayıtmaları qəbul edəndən, cəzada şiddətli olandan, mükafat sahibindən! Yoxdur Ilahi, ancaq Odur. Qayıdış Ona tərəfdir.
A.Mehdiyev və D.Cəfərli:
Günahı bağışlayan, tövbəni qəbul edən, cəzası ağır, firavan daimi nemət sahibi (olan Allah tərəfindən)! Ondan başqa bir məbud yoxdur. (Hamının hər bir şeyin) qayıdış(ı) Ona tərəfdir.
Kövsər Tağıyev:
haqqı ilə bilən, günahı bağışlayan, tövbəni qəbul edən, əzabı ağır olan, lütf sahibi. Ondan başqa ilah yoxdur. Qayıdış ancaq Onadır.
M.Qənioğlu və T.Bilaloğlu:
Günahları bağışlayan, tövbələri qəbul edən, əzabı şiddətli, lütfü çox olan (Allah tərəfindən). Ondan başqa tanrı yoxdur Onadır qayıdış!
Sabirə Dünyamalıyeva:
günahları bağışlayan, tövbələri qəbul edən, əzabı çox şiddətli olan, bol nemət; lütf sahibi Ondan başqa məbud deyə bir şey yoxdur. Dönüş yalnız Onadır.