Cümə Surəsi 3. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Allah səni) hələ (müsəlmanlara) qoşulmamış başqalarına da (elçi göndərmişdir). O, Qüdrətlidir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
(Allah-təala Muhəmməd əleyhissəlamı) ərəblərdən savayı hələ onlara qoşulmamış başqalarına da (islamı qəbul etməmiş indiki ümmətlərə qiyamət gününə qədər dünyaya gələcək bütün sonrakı tayfalara da peyğəmbər göndərmişdir) [Və ya: o Peyğəmbər Kitabı hikməti ərəblərdən əlavə hələ onlara qoşulmamış başqalarına da (başqa ümmətlərə də) öyrədər]. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
Elmir Quliyev :
А также к тем, которые не застали их. Он Могущественный, Мудрый.
Ələddin Sultanov:
Allah (bu peyğəmbəri) özlərindən olub hələ onlara qoşulmamış başqa kimsələrə göndərmişdir. O, qüdrətlidir, hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Hələ özlərinə qoşulmamış olan, onlardan sonrakılara da. O, Əzizdir, Hakimdir (hökm hikmət sahibidir).
Ələsgər Musayev:
onlardan axırdakılara, hansı ki, onlarla görüşməyiblər. O Əzizdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
onu (bəşərin nəsli kəsilənədək) onlardan olan lakin hələ onlara qoşulmamış digər cəmiyyətlər üçün (seçdi). O, (istədiyi şeydə) yenilməz qüdrət sahibi (əbədi qalan dinin qanunlarının çıxarılmasında) hikmət sahibidir.
Kövsər Tağıyev:
(Allah o peyğəmbəri) hələ onlara qoşulmayan başqalarına da göndərmişdir. O, mütləq güc sahibidir, hökm hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
(Allah onu) hələ onlara qovuşmamış başqaları üçün (peyğəmbər) göndərmişdir. O, qüdrət, hökm hikmət sahibidir.
Sabirə Dünyamalıyeva:
-Onlar, əvvəllər açıq-aşkar bir azğınlıq içində olsalar da.- O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/[etdiyini] möhkəm edəndir.