Təhrim Surəsi 3. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bir zaman Peyğəmbər öz zövcələrindən birinə sirr verdi. O da bunu (onun digər zövcəsinə) xəbər verdikdə Allah da bunu (Peyğəmbərə) aşkar etdikdə o, bunun bir qismini (sirr verdiyi) zövcəsinə bildirdi, digər qismindən isə vaz keçdi. (Peyğəmbər) bunu ona bildirdikdə (zövcəsi) dedi: “Bunu sənə kim xəbər verdi?” O dedi: “Bunu mənə (hər şeyi) Bilən, Xəbərdar olan (Allah) xəbər verdi!”
Bünyadov-Məmmədəliyev:
Bir zaman Peyğəmbər öz zövcələrindən birinə (Həfsəyə) gizli bir söz (bir daha Zeynəb bint Cəhşin, yaxud Mariyeyi-Qibtiyyənin yanına getməyəcəyini) demişdi. (Həfsə) bu sözü (digər zövcələrdən biri olan Aişəyə) xəbər verdikdə Allah bunu ona (Peyğəmbərə) əyan etdikdə (Peyğəmbər) bunun bir qismini (Həfsəyə) bildirmiş, (alicənablığı üzündən) bir qismini bildirməkdən isə vaz keçmişdi. (Peyğəmbər) əhvalatı (Həfsəyə) bildirdikdə o: “Bunu sənə kim xəbər verdi?” deyə soruşmuş, o da: “Bunu mənə (hər şeyi) bilən, (hər şeydən) agah olan (Allah) xəbər verdi!” deyə cavab vermişdi.
Elmir Quliyev :
Вот Пророк открыл тайну одной из своих жен. Когда же она рассказала ее, и Аллах открыл это ему, он дал знать о части этого и утаил другую часть. Она сказала: "Кто сообщил тебе об этом?" Он сказал: "Мне сообщил Знающий, Ведающий".
Ələddin Sultanov:
Bir zaman Peyğəmbər zövcələrindən birinə gizlicə bir söz demişdi. Ancaq o bunu (başqalarına) xəbər verdiyi Allah bu haqda Peyğəmbərini məlumatlandırdığı zaman o zövcəsinə bunun bir qismini bildirmiş, bir qismini isə bildirməkdən imtina etmişdi. Bunu ona xəbər verdiyi zaman zövcəsi: “Bunu sənə kim xəbər verdi?” - demişdi. O da: “Hər şeyi bilən hər şeydən xəbərdar olan Allah mənə xəbər verdi!” - demişdi.
Kerbelayi Malik ağa:
Nəbi bəzi zövcələrinə sirr olan bir sözü gizlicə söyləmişdi. Lakin onu (o sirri) başqasına xəbər verincə Allah ona (peyğəmbərinə) bildirdi. (Nəbi də) bəzisini açıqladı bəzisini (bildirməkdən) vaz keçdi. Ona (zövcəsinə) bunu bildiyini xəbər verdiyi zaman (zövcəsi): ‘Bunu sənə kim xəbər verdi?’ dedi. (Nəbi): ‘Mənə Alim Xəbir (hər şeydən xəbərdar) olan bildirdi.’ dedi.
Ələsgər Musayev:
Onda nəbi sirli sözün bəzisini öz zövcəsinə hekayət etdi. Amma elə ki, o xəbəri aşkar etdi Allah zahir etdi onu üzərində ona. Bəzisini dedi bəzisini demədi. Amma elə ki, ona xəbər verdi, onda zövcəsi dedi: «Kim xəbər verdi bunu sənə?» Dedi: «Xəbər verdi mənə Alim Xəbir olan!»
A.Mehdiyev və D.Cəfərli:
(yada salın), bir zaman Peyğəmbər zövcələrindən birinə (bir neçə mətləbə aid olan) bir sözü gizlində demişdi. O (qadın) onu (o sözü Peyğəmbərin digər zövcəsinə) xəbər verdikdə Allah Peyğəmbəri onun xəbər verməsindən agah etdi. Peyğəmbər (onun faş etdiklərinin) bəzisini (zövcəsinə) izhar etdi bəzisindən vaz keçdi; ona (zövcəsinə) bu barədə xəbər verdikdə o, dedi: «Bunu sənə kim xəbər verdi?» (Peyğəmbər) dedi: «O (hər şeyi) bilən (hər şeydən) xəbərdar olan (Allah) mənə xəbər verdi».
Kövsər Tağıyev:
Bir vaxt Peyğəmbər zövcələrindən birinə gizli bir söz dedi. Lakin zövcəsi o sözü (başqasına) xəbər verib Allah da bunu Peyğəmbərə bildirdikdə Peyğəmbər bunun bir qismini bildirmiş, bir qismindən isə vaz keçmişdi. Peyğəmbər bunu ona (sirri faş edən zövcəsinə) xəbər verdikdə o: “Bunu sənə kim bildirdi?” dedi. Peyğəmbər: “Bunu mənə haqqı ilə bilən haqqı ilə xəbərdar olan Allah xəbər verdi”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman peyğəmbər öz zövcələrindən birinə xəlvətdə bir şey danışdı. O da bunu (başqasına) bildirdikdə Allah bunu [sirrin yayıldığını] peyğəmbər üçün aşkar edəndə, peyğəmbər bir qismini bildirdi, bir qismindən isə yayındı. O, bunun barəsində zövcəsinə xəbər verəndə zövcəsi dedi: “Bunu sənə kim xəbər verdi?“ O dedi: “Mənə hər şeyi bilən, hər şeydən xəbərdar olan Allah bildirdi.”
Sabirə Dünyamalıyeva:
Bir də, bir vaxt Peyğəmbər öz zövcələrindən bəzilərinə bir sözü/hadisəni sirr etmişdi. Sonra zövcələrindən biri bunu xəbər etdikdə Allah, bunu Peyğəmbərə aşkar [əyan] etdikdə, Peyğəmbər hadisənin bir qisimini açıqlamış, bir qisimindən uzaqlaşmışdı/imtina etmişdi. Nəhayət, o zövcəyə bunu özü xəbər verdikdə, o zövcə: "Bunu sənə kim xəbər verdi?" dedi. Peyğəmbər: "Mənə yaxşı bilən, yaxşı xəbərdar olan xəbər verdi" demişdi.