Mülk Surəsi 3. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə )diqqət yetir, heç onda bir çat görürsənmi?
Bünyadov-Məmmədəliyev:
Yeddi göyü (bir-birinin üstündə) qat-qat yaradan da Odur. (Ey insan!) Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq (çatdaq, nöqsan) görə bilərsənmi?!
Elmir Quliyev :
Он создал семь небес одно над другим. В творении Милостивого ты не увидишь никакой несообразности. Взгляни еще раз. Видишь ли ты какую-нибудь трещину?
Ələddin Sultanov:
O, yeddi göyü təbəqələr şəklində yaratdı. Rəhman olan Allahın yaratmasında heç bir nizamsızlıq görə bilməzsən. Gözünü çevir bax, hər hansı bir nöqsan görə bilirsənmi?
Kerbelayi Malik ağa:
Göyləri yeddi təbəqə (7 qat) olaraq yaradan Odur. Rəhmanın yaratmasında bir uyğunsuzluq görə bilməzsən. Başını qaldırıb bax, bir çat görürsənmi?
Ələsgər Musayev:
Odur ki, xəlq etdi yeddi səmanı təbəqə-təbəqə. Görmürsən xəlq etməyində Rəhmanın təfavütdən. Baxışlarını döndərib diqqətlə bax. Onda heç eyib irad görərsənmi?
A.Mehdiyev və D.Cəfərli:
Yeddi göyü təbəqələrlə (bir birinin üzərində) yaradan Odur. Sən Rəhman (olan Allah)ın yaratdığında (gözəllik, möhkəmlik sabitlik baxımından) əsla bir uyğunsuzluq görməzsən. Belə isə yenidən bax, məgər (məxluqatın yaradılışında) bir nöqsan, yarıq (və hikmətlə uyğunsuzluq) görürsənmi?
Kövsər Tağıyev:
O, yeddi göyü qat-qat yaradandır. Rəhmanın yaratmasında heç bir uyğunsuzluq görə bilməzsən. Bir dəfə bax! Bir çatlaq (və nizamsızlıq) görürsənmi?
M.Qənioğlu və T.Bilaloğlu:
Yeddi göyü təbəqə-təbəqə yaradan Odur. Sən mərhəmətli Allahın yaratdığında bir uyğunsuzluq görməzsən. Bir göz gəzdir, bir yanq, bir çatlaq görərsənmi?
Sabirə Dünyamalıyeva:
O, yeddi göyü, bir-biri üstündə ahənkli bir şəkildə əmələ gətirəndir. Rəhmanın [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahın] yaratmasında bir çatlaqlıq-uyğunsuzluq görə bilməzsən. Haydı, gözünü çevir, bax, bir nöqsan görürsənmi?