Əlixan Musayev:
Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun.
Bünyadov-Məmmədəliyev:
Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir).
Elmir Quliyev
:
Мы повели его путем либо благодарным, либо неблагодарным.
Ələddin Sultanov:
Biz ona doğru yolu göstərdik. Bundan sonra istər şükür etsin, istər nankor olsun.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Biz onu Allahın yoluna hidayət etdik. Lakin o, ya şükür edən olar, ya da küfr edən olar.
Ələsgər Musayev:
Həqiqətən, Biz
hidayət etdik onu yol ilə – istər şükr edən olsun, istər küfr edən.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, onu (yaradılış və şəriət hidayəti ilə həyatı boyunca) düz yola yönəltdik – istər şükr edən olsun, istərsə də nankor.
Kövsər Tağıyev:
Şübhəsiz, biz onu (ömür boyu yeriyəcəyi) yola qoyduq. O, bu yolu ya şükür edərək, ya da nankorluq edərək qət edər.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz ona düz yolu göstərdik. O ya şükr edər, ya da naşükür olar.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, Biz, ona yolu göstərdik, istər özünə verilən nemətlərin əvəzini ödəyən biri olsun, istər nankor.