Tövbə Surəsi 3. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Bu, )Allah Onun Elçisi tərəfindən ən böyük həcc günü insanlara Alla-hın Onun Elçisinin müşriklərdən uzaq olma-sını (elan edəcək) bir bildirişdir. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Yox əgər üz döndərsəniz, bilin ki, siz, Allahdan yaxa qurtara bilməyəcəksiniz. Kafirləri üzücü bir əzabla müjdələ.
Bünyadov-Məmmədəliyev:
Allahdan Onun Peyğəmbərindən böyük həcc günü (zülhiccə ayında vacib, fərz olan həcc; qurban bayramı ya Ərəfə günü) insanlara bir bildiriş! Allahın Onun Peyğəmbərinin müşriklərlə heç bir əlaqəsi yoxdur. Əgər (küfrdən şirkdən) tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər (imandan) üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. (Ey Peyğəmbərim!) Kafir olanları şiddətli bir əzabla müjdələ!
Elmir Quliyev :
В день великого паломничества Аллах и Его Посланник объявят людям о том, что Аллах и Его Посланник отрекаются от многобожников. Если вы раскаетесь, то тем лучше для вас. Если же вы отвернетесь, то знайте, что вам не сбежать от Аллаха. Обрадуй же вестью о мучительных страданиях неверующих.
Ələddin Sultanov:
Ən böyük Həcc (Həcci-əkbər) günü Allah Peyğəmbərindən insanlara bildiriş! Şübhəsiz, Allah Peyğəmbəri müşriklərdən uzaqdır. Əgər tövbə etsəniz, bu sizin üçün daha xeyirli olar. Əgər (iman gətirməkdən) üz döndərsəniz, bilin ki, siz Allahı aciz qoya bilməzsiniz. Kafirləri acı bir əzabla müjdələ!
Kerbelayi Malik ağa:
Böyük həcc (Hacc'ul əkbər) günü Allahdan Onun rəsulundan insanlara bir bildirişdir (elandır). Şübhəsiz ki, Allah Onun Rəsulu müşriklərdən uzaqdır. Bundan sonra əgər tövbə etsəniz, artıq o sizin üçün daha xeyirlidir əgər üz çevirsəniz, siz Allahı aciz qoya bilməyəcəyinizi bilin. Kafir kəslərə əlim bir əzab ilə xəbərdarlıq et.
Ələsgər Musayev:
Allahdan Onun rəsulundan dəvətdir insanlara böyük həcc günündə. Həqiqətən, Allah uzaqdır müşriklərdən Onun rəsulu. Əgər siz qayıtdınız o xeyirlidir sizin üçün əgər üz çevirdiniz, bilin ki, həqiqətən, Allahı aciz edə bilməzsiniz bəşarət ver o kəslərə ki, kafirdirlər, ələmli əzabla!
A.Mehdiyev və D.Cəfərli:
Həmçinin (bu ayələr) Allah Onun Peyğəmbəri tərəfindən (bütün) insanlara böyük həcc günündə (qurban bayramı günü, yaxud hicrətin doqquzuncu ilində müşriklərlə müsəlmanların həcc əməllərini birlikdə yerinə yetirdikləri böyük həcc günü) bir bildirişdir ki: «Allah Onun Peyğəmbəri müşriklərdən uzaqdırlar (onlarla heç bir əhd-peymanları yoxdur)». Buna görə (ey müşriklər), əgər tövbə etsəniz (və İslamı qəbul etsəniz), sizin üçün daha yaxşıdır əgər üz döndərsəniz, bilin ki, siz (nə mübarizə etmək qaçmaqla) Allahı aciz qoya bilməzsiniz. (Ey Peyğəmbər,) kafirlərə ağrılı bir əzabla müjdə ver!
Kövsər Tağıyev:
Həcci-Əkbər günündə Allah Rəsulundan bütün insanlara bir bildirişdir: Allah Rəsulu Allaha şərik qoşanlardan uzaqdır. Əgər tövbə etsəniz, bu, sizin üçün daha xeyirlidir. Amma üz çevirsəniz, bunu yaxşı bilin ki, siz Allahı aciz qoya bilməzsiniz. İnkarçılara ağrılı-acılı bir əzabı müjdələ!
M.Qənioğlu və T.Bilaloğlu:
Bu, Allahdan Onun peyğəmbərindən böyük həcc günü insanlara bir bildirişdir ki, həqiqətən, Allah Onun peyğəmbəri müşriklərdən uzaqdır. Əgər siz tövbə etsəniz, bu, sizin üçün yaxşı olar. Yox əgər dönüklük etsəniz, bilin ki, siz Allahı zəiflədə bilməzsiniz. Kafirləri üzücü bir əzabla müjdələ.
Sabirə Dünyamalıyeva:
"ən böyük həcc" günündə, həqiqətən Allahın Onun Elçisinin şərik qoşan kəslərlə [heç bir] əlaqəsinin olmadığına dair Allahdan Elçisindən insanlara bir bildiriş: "Əgər səhv[iniz]dən dönsəniz, bu sizin üçün xeyirlidir. əgər üz döndərsəniz, o zaman bilin ki, həqiqətən Allahı aciz qoya bilməzsiniz." Kafirləri [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəsləri] ağrılı-acılı bir əzabla müjdələ!