Əlixan Musayev:
Şəhərdəki qadınlar dedilər: “Zadəgan kişinin arvadı cavan köləsini yoldan çıxartmaq istəyir. Ehtiras onu coşdurmuşdur. Biz onu aşkar bir azğınlıq içində görürük”.
Bünyadov-Məmmədəliyev:
Şəhərdəki qadınlar dedilər: “Vəzirin övrəti cavanı (cavan qulunu) tovlayıb yoldan çıxartmaq (onunla yaxınlıq etmək) istəyir. (Yusifin) məhəbbəti onun bağrını qan etmişdir. Biz onun açıq-aşkar (doğru) yoldan çıxdığını görürük.
Elmir Quliyev
:
Женщины в городе стали говорить: "Жена могущественного мужа пыталась соблазнить своего юного раба! Она страстно возлюбила его, и мы полагаем, что она впала в очевидное заблуждение".
Ələddin Sultanov:
Şəhərdəki bəzi qadınlar belə dedilər: “Vəzirin zövcəsi öz cavan köləsini tovlayıb yoldan çıxartmaq istəyir. Yusifin məhəbbəti onu dəli-divanə etmişdir. Həqiqətən, biz onu açıq-aşkar bir sapqınlıq içində görürük”.
Kerbelayi Malik ağa:
Şəhərdəki qadınlar: ‘Əzizin (vəzirin) xanımı onun əmrində olan (köləsi) gənc cavanla yaxınlıq etmək istəyir. Eşq onun qəlbinə işləmiş. Biz həqiqətən onu açıq-aşkar bir sapıqlıq içində görürük.’ dedilər.
Ələsgər Musayev:
Şəhərdə qadınlar dedilər: «Əzizin arvadı öz
xadiminə meyl etmiş və ona vurulmuşdur. Biz onu aşkar
zəlalətdə görürük».
A.Mehdiyev və D.Cəfərli:
Və şəhərdə (Misirdə) qadınlardan bir neçəsi dedi: «Əzizin (Misir valisinin) zövcəsi öz qulundan kam almaq istəyir! Onun məhəbbəti ürəyinin pərdəsindən qəlbinin dərinliklərinə sirayət edib. Həqiqətən biz onu açıq-aşkar bir azğınlıqda görürük.»
Kövsər Tağıyev:
Şəhərdə bəzi qadınlar: “Əzizin arvadı (qulluqçusu olan) cavandan kam almaq istəyib. Ona olan məhəbbəti qəlbində yer edib. Şübhəsiz, biz onu açıq bir zəlalət içində görürük”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Şəhərdə qadınlar (belə) danışdılar: "Şəhər hakiminin qadını cavan oğlanı yolundan çıxarmaq istəyir. O, onun [qadının] ürəyini məhəbbətlə coşdurmuşdur. Biz onu [qadını] açıq-aşkar yolunu azmış görürük".
Sabirə Dünyamalıyeva:
Şəhərdə qadınlar da: "Əzizin arvadı, oğlanın nəfsindən kam almaq istəyirmiş. Həqiqətən, məhəbbət onun ürəyinə işləyib. Şübhəsiz ki, biz, onu həqiqətən açıq-aşkar bir azğınlıq içində görürük." dedilər.