İsra Surəsi 30. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, Rəbbin istədiyinin ruzisini bol edər, (istədiyininkini )azaldar. Şübhəsiz ki, O, Öz qullarını tanıyır görür.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, Rəbbin istədiyi şəxsin ruzisini artırar da, azaldar da. Doğrudan da, O Öz bəndələrinin halından xəbərdardır, (hər şeyi) görəndir!
Elmir Quliyev :
Воистину, твой Господь увеличивает или ограничивает удел тому, кому пожелает. Он видит и знает Своих рабов.
Ələddin Sultanov:
Şübhəsiz, Rəbbin dilədiyi kimsənin ruzisini artırar, dilədiyi kimsənin ruzisini azaldar. O, həqiqətən, qullarından xəbərdardır, onları görəndir.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Rəbbin dilədiyinə ruzini çoxaldar azaldar. O, mütləq qullarını görən xəbərdar olandır.
Ələsgər Musayev:
Həqiqətən, Rəbbin istədiyi kəs üçün ruzini genişləndirər qədərində edər. Həqiqətən, O oldu bəndələri ilə Xəbir, Bəsir!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən sənin Rəbbin istədiyi şəxs üçün ruzini genişləndirər (istədiyi şəxs üçün də) daraldar. Əlbəttə, O həmişə Öz bəndələrindən xəbərdar (onları) görəndir (onların fərdi ictimai hallarını bilir).
Kövsər Tağıyev:
Şübhəsiz, Rəbbin istədiyinə ruzini bol-bol verər (istədiyindən də) azaldar. Çünki O, həqiqətən, qullarından xəbərdardır onları görür.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, sənin Rəbbin istədiyi kəsə ruzini artıq istədiyi kəsə az verir. O, Öz bəndələrini yaxşı tanıyandır, görəndir.
Sabirə Dünyamalıyeva:
Həqiqətən sənin Rəbbin, bəndələrindən dilədiyinin ruzisini artırar azaldar. Şübhəsiz ki, O, bəndələrindən həqiqətən xəbərdardır, layiqincə görəndir.