Əlixan Musayev:
İman gətirib yaxşı əməllər edənlərə gəlincə, Biz yaxşı işlər görənlərin mükafatını puç etmərik.
Bünyadov-Məmmədəliyev:
İman gətirib yaxşı əməllər edənlərə gəldikdə isə Biz (o cür) yaxşı işlər görənlərin mükafatını zay etmərik!
Elmir Quliyev
:
А что до тех, которые уверовали и совершали праведные деяния, то ведь Мы не теряем награды тех, кто совершал добро.
Ələddin Sultanov:
İman gətirib yaxşı işlər görənlərə gəldikdə, şübhəsiz ki, Biz yaxşı əməl sahiblərinin mükafatını zay etmərik.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, amənu olanlar və saleh əməl (nəfsini islahedici əməl) edənlərə gəldikdə isə şübhəsiz ki, Biz ən gözəl əməl işləyən kəslərin əcrini (qarşılığını) zay etmərik.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, inanırlar və əməli salehdirlər - Biz zay
etmərik əcrini o kəsin ki, yaxşı əməl sahibidir.
A.Mehdiyev və D.Cəfərli:
Əlbəttə, iman gətirmiş və yaxşı işlər görmüş kəslər (bilsinlər ki,) şübhəsiz, Biz gözəl iş görmüş kəsin mükafatını zay etməyəcəyik.
Kövsər Tağıyev:
İman edib saleh işlər görənlərə gəlincə, əlbəttə, biz yaxşı işlər görənlərin mükafatını hədər etmərik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz haqsızlar üçün onları çadır kimi əhatə edəcək cəhənnəm odu hazırlamışıq, imdada çağıranda onlara üz-gözü qarşıdan dəmir ərintisinə bənzər bir su ilə kömək ediləcək. Nə pis bir içki, nə pis bir sığınacaq!
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, iman edən və yaxşılaşdırmaq qayəsi ilə əməl işləyənlər; şübhə yox ki, Biz, işi gözəl edənlərin əməyini itirmərik.