Bəqərə Surəsi 30. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!”– dedikdə, onlar: “Biz Səni həmd-səna ilə təriflədiyimiz Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?”– söylədilər. O dedi: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!”
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”, - dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. (Allah onlara: ) Mən bildiyim şeyi siz bilmirsiniz!” buyurdu.
Elmir Quliyev :
Вот твой Господь сказал ангелам: установлю на земле наместника". Они сказали: "Неужели Ты поселишь там того, кто будет распространять нечестие и проливать кровь, тогда как мы прославляем Тебя хвалой и освящаем Тебя?" Он сказал: "Воистину, Я знаю то, чего вы не знаете".
Ələddin Sultanov:
(Ey peyğəmbər!) Vaxtilə sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə yaradacağam”, - demişdi. Onlar belə demişdilər: “Orada fitnə-fəsad törədib qan tökəcək birinimi yaradacaqsan? Halbuki biz Sənə şükür edərək şəninə təriflər deyir Səni müqəddəs tuturuq!” Allah: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm”, - demişdi.
Kerbelayi Malik ağa:
Rəbbin mələklərə: 'Şübhəsiz ki, Mən yer üzündə bir xəlifə yaradacam.' demişdi. (Mələklər də): 'Orada fəsad çıxardacaq qan tökəcək birinimi yaradacaqsan? Biz Səni həmd ilə təsbeh səni təqdis edirik (müqəddəs tuturuq).' dedilər. (Rəbbin də): 'Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm.' buyurdu.
Ələsgər Musayev:
onda dedi Rəbbin mələklər üçün: «Həqiqətən, Mən edəcəyəm ərzdə xəlifə». Dedilər: «Ə, edəcəksən orada o kəsi ki, fəsad edər orada tökər qan? Biz sayırıq həmd ilə Səni müqəddəs tuturuq Səni». Dedi: «HəqiqətənMən bilirəm onu ki, siz bilmirsiniz!»
A.Mehdiyev və D.Cəfərli:
(yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam». Dedilər: «Orada fəsad törədəcək qanlar tökəcək bir kəsi (canişin) qoyursan?! Halbuki biz Səni kamilliklərlə vəsf edərək zikr oxuyur (bütün eyb nöqsanlardan) pak bilirik.» Allah buyurdu: «Şübhəsiz, Mən sizin bilmədiyiniz bir şey bilirəm.»
Kövsər Tağıyev:
Bir vaxt Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə yaradacağam”, demişdi. Onlar: “Orada fitnə-fəsad törədəcək, qan tökəcək bir kəsmi yaradacaqsan? Halbuki biz sənə həmd edərək daim səni təsbih təqdis edirik”, demişdilər. Allah da: “Mən sizin bilmədiyinizi bilirəm”, demişdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Sənin Rəbbin mələklərə: "Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam" dedikdə onlar: "Məgər Sən orada fitnə-fəsad törədəcək qanlar tökəcək kəsləri yerləşdirməkmi istəyirsən ? Biz ki, Sənin şəninə tərfilər deyir, Səni müqəddəs tuturuq" söylədilər. O isə: "Mən sizin bilmədiklərinizi bilirəm" dedi.
Sabirə Dünyamalıyeva:
bir zaman Rəbbin təbiətdəki güclərə: "Şübhəsiz ki, Mən yer üzündə bir xəlifə gətirəcəyəm" demişdi. Təbiətdəki güclər, "Orada fəsad törədən, qan tökən birini yaradacaqsan? Halbuki biz, Sənin tərifinlə birlikdə Səni bütün nöqsanlıqlardan pak tuturuq Sənin tərtəmiz olduğunu; bütün pislik nöqsanlıqlardan uzaq olduğunu car çəkirik" demişdilər. Sənin Rəbbin, "Mən sizin bilmədiyiniz şeyləri çox yaxşı bilirəm" demişdi.