Ənbiya Surəsi 30. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar?
Bünyadov-Məmmədəliyev:
Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə iman gətirməzlər? (Göylər ilk yaradılışda bir-birinə bitişik bir təbəqə olduğu halda, onların arası hava ilə açılıb yeddi təbəqəyə ayrılmış, yer bir təbəqə ikən sonra yeddi təbəqəyə bölünmüşdür. Bu, Allahın qüdrətini, əzəmətini sübut edən ən tutarlı dəlillərdəndir).
Elmir Quliyev :
Неужели неверующие не видят, что небеса и земля были единым целым, а Мы разделили их и сотворили все живое из воды? Неужели они не уверуют?
Ələddin Sultanov:
İnkar edənlər göylər yer bitişik ikən Bizim onları ayırdığımızı hər bir canlını sudan yaratdığımızı görmədilərmi?! Hələ iman gətirmirlərmi?
Kerbelayi Malik ağa:
İnkar edənlər (kafirlər), səmaların yerin bitişik olduğunu görmədilərmi? Sonra Biz o ikisini (bir-birindən) ayırdıq hər canlı şeyi sudan yaratdıq. Hələ inanmazlarmı?
Ələsgər Musayev:
Ə, görmədilərmi o kəslər ki, kafirdirlər, səmalar ərz birləşmiş idi Biz onları açdıq etdik sudan külli şeyi diri? Ə, inanmazlarmı?
A.Mehdiyev və D.Cəfərli:
Məgər kafirlər (qəlb gözü) ilə görmədilər ki, göylər yer (göydəki planetlər yer kürəsi) bir-birinə birləşik idilər Biz onları parçalayaraq bir-birindən ayırdıq (və sonsuz planetlər yaratdıq)? [Yaxud: Göydəki planetlərin hər biri yer bağlı donmuş vəziyyətdə idilər onları çaylar, mədənlər, ağaclar bitkilər vasitəsi ilə yardıq istifadəyə yararlı etdik.] Biz hər bir canlı varlığı sudan yaratdıq. Yenə iman gətirmirlər?!
Kövsər Tağıyev:
Küfr edənlər görmədilərmi ki, göylərlə yer bitişik ikən biz onları ayırdıq canlı olan hər şeyi sudan yaratdıq? Hələ inanmayacaqlarmı?
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər kafirlər bilmirlər ki, göylər yer bir-birinə bitişik olduğu halda Biz onları ayırdıq hər bir canlını sudan yaratdıq? Onlar yenədəmi inanmırlar?
Sabirə Dünyamalıyeva:
kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar etmiş olan kəslər], göylər yer bitişik bir halda ikən Bizim o ikisini ayırdığımızı həyat sahibi [canlı] olan hər şeyi sudan əmələ gətirdiyimizi görmürlərmi? Buna baxmayaraq, hələ inanmırlarmı?