Əlixan Musayev:
Bax belə! Hər kim Allahın haram buyurduqlarına hörmət etsə, bu, Rəbbi yanında onun üçün xeyirli olar. (Haram olduğu) sizə oxunanlardan başqa, qalan heyvanlar sizə halal edilmişdir. Elə isə murdar bütlərdən uzaq olun, yalan sözlərdən də çəkinin;
Bünyadov-Məmmədəliyev:
(Ey insanlar! Həccin sizə vacib olan əməli) budur. Və hər kəs (ehramda ikən) Allahın haram buyurduqlarına hörmət (riayət) etsə, bu, Rəbbi yanında onun üçün xeyirli olar. (Haram olduğu “Maidə” surəsində) sizə deyilənlərdən başqa, qalan heyvanlar (onların ətini yemək) sizə halal edilmişdir. Belə olduğu təqdirdə, murdar (başdan-ayağa murdarlıq olan) bütlərdən qaçın, yalan sözlərdən də (Allaha şərik qoşmaqdan da) çəkinin -
Elmir Quliyev
:
Вот так! Кто почитает святыни Аллаха, тот поступает во благо себе перед своим Господом. Вам дозволена скотина, кроме той, о которой вам читается. Избегайте же скверны идолов и избегайте лживых речей.
Ələddin Sultanov:
Budur! Hər kim Allahın qadağalarına hörmət göstərərsə, bu, Rəbbi dərgahında onun üçün daha xeyirlidir. Sizə (haram olduğu) bildirilən heyvanlar istisna olmaqla, digərləri halal edilmişdir. Elə isə, murdar olan bütlərdən də, yalan sözdən də uzaq durun!
Kerbelayi Malik ağa:
Bax belə, kim Allahın haramlarına (yasaqlarına) hörmət etsə, o zaman bu, Rəbbinin dərgahında özü üçün xeyirlidir. Sizə oxunanlar (qadağan olduğu bildirilən heyvanlar) istisna olmaqla, heyvanlar sizə halal qılındı. Artıq murdar bütlərdən və yalan sözdən uzaq olun.
Ələsgər Musayev:
Belə! Kim əzəmətli tutsa hörmətini Allahın, o
xeyirdir onun üçün yanında öz Rəbbinin. Halal edildi sizin
üçün davarlar, ancaq onlardan başqaları ki, sizin üzərinizə
tilavat olunur. Bəs uzaqlaşın rics bütlərdən və uzaqlaşın zor
sözlərdən –
A.Mehdiyev və D.Cəfərli:
(Ya Peyğəmbər!) Budur (İbrahimə və sənə yazdığım həcc)! Kim Allahın müqəddəs ayinlərinə ehtiram göstərsə, (bu,) onun üçün Rəbbinin yanında daha yaxşıdır. Həmişə sizə oxunanları çıxmaqla, bütün heyvanlar sizə halal edildi. Buna görə də murdar bütlərdən çəkinin və (yalan, böhtan, yalandan şahidlik və mahnı oxumaq kimi batil və) əyri söz(lər)dən uzaq olun.
Kövsər Tağıyev:
Bu belədir. Kim Allahın hökmlərinə ehtiram göstərərsə, bu, Rəbbi qatında onun üçün bir xeyirdir. Haramlığı sizə oxunanlar (bildirilənlər) xaricində bütün heyvanlar sizə halal buyurulmuşdur. Artıq bütlərə tapınmaq pisliyindən çəkinin, yalan sözdən uzaq durun.
M.Qənioğlu və T.Bilaloğlu:
Belə! Kim ki, Allahın qadağanlarına hörmətlə əməl edir, bu, Rəbbinin dərgahında onun üçün xeyirdir. Haqqında sizə oxunmuş [sadalanmış] heyvanlardan başqaları sizə halal buyrulmuşdur. Murdar bütlərdən uzaq olun! (Allah barəsində) uydurma sözlərdən çəkinin
Sabirə Dünyamalıyeva:
Bax belə! Və kim, Allahın toxunulmaz buyurduqlarına ehtiram göstərsə, bu [əməli], Rəbbinin yanında onun özü üçün xeyirdir. Sizə deyilənlərdən başqa bütün heyvanlar sizə halal edildi.