Qəsəs Surəsi 30. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Musa oraya gəlib çatdıqda sağ tərəfindəki vadinin yaxınlığında olan mübarək yerdəki ağac tərəfdən ona nida gəldi: “Ey Musa! Aləmlərin Rəbbi olan Allah Mənəm!
Bünyadov-Məmmədəliyev:
(Musa) odun yanına gəlib çatdıqda vadinin sağ tərəfində olan mübarək (bərəkətli) yerdəki ağacdan belə bir nida gəldi: “Ya Musa! Aləmlərin Rəbbi olan Allah Mənəm!
Elmir Quliyev :
Подойдя туда, он услышал глас со стороны дерева, которое росло в благословенном месте на правой стороне долины: Муса (Моисей)! Я Аллах, Господь миров.
Ələddin Sultanov:
Ora gəlib çatdıqda sağdakı vadi tərəfdə olan mübarək yerdə olan ağacdan belə bir nida gəldi: “Ey Musa, Mən aləmlərin Rəbbi olan Allaham!
Kerbelayi Malik ağa:
Beləcə oraya gəldiyi zaman vadinin sağ tərəfindən, mübarək yerdəki ağac tərəfdən nida edildi: ‘Ey Musa! Şübhəsiz ki, Mən aləmlərin Rəbbi Allaham.’
Ələsgər Musayev:
Amma el? ki, ona yax?nlasd?, vadinin mubar?k sag t?r?find?ki agacdan nida g?ldi: «Ay Musa, h?qiq?t?n, M?n Allaham R?bbi al?ml?rin!
A.Mehdiyev və D.Cəfərli:
Musa odun yaxınlığına gəldikdə o vadinin sağ tərəfindən, o bərəkətli (mübarək) torpaq sahəsindən, (oradakı) ağacdan nida gəldi ki; «Ya Musa, şübhəsiz, aləmlərin Rəbbi olan yeganə Allah Mənəm».
Kövsər Tağıyev:
Musa atəşin yanına gəlib çatdıqda o mübarək yerdəki vadinin sağ tərəfindəki ağacdan belə nida olundu: “Ey Musa! Şübhəsiz ki, mən aləmlərin Rəbbi olan Allaham”.
M.Qənioğlu və T.Bilaloğlu:
O, odun yanına gəlib çatanda mübarək torpaqdakı vadinin sağ tərəfindəki ağaclıqdan onu səslədilər: “Ey Musa, Mən aləmlərin Rəbbi Allaham.
Sabirə Dünyamalıyeva:
Sonra oraya çatanda, o bərəkətli torpaq parçasındakı vadinin sağ tərəfindən, bir ağacdan nida gəldi: "Ey Musa! Heç şübhəsiz ki Mən aləmlərin Rəbbi Allahın Özüyəm!