Əlixan Musayev:
(Allah) onlara mükafatlarını tam olaraq versin, üstəlik də onlara Öz lütfünü artırsın. Həqiqətən, O, Bağışlayandır, şükürün əvəzini verəndir.
Bünyadov-Məmmədəliyev:
(Allah) onlara (əməllərinin) mükafatlarını versin və Öz lütfündən (kərəmindən) onlara artırsın! Həqiqətən, (Allah) bağışlayandır, qədirbiləndir! (Bəndələrinə Ona etdikləri şükür müqabilində bol nemət əta edər).
Elmir Quliyev
:
дабы Он вознаградил их сполна и даже добавил от Своей милости. Воистину, Он — Прощающий, Благодарный.
Ələddin Sultanov:
Allah onlara mükafatlarını tam verər, hətta Öz lütfündən onlara bundan artığını da verər. Şübhəsiz ki, O, bağışlayandır, şükrün mükafatını verəndir.
Kerbelayi Malik ağa:
Allah onlara mükafatları ödəyər və fəzlindən artırar. Şübhəsiz ki, O, Ğafurdur, Şəkurdur (şükür edilən).
Ələsgər Musayev:
ondan ötrü ki, O əcrlərini
onların tamamilə verib və onlara Öz fəzlindən artırsın.
Həqiqətən, O Ğəfurdur, Şakirdir!
A.Mehdiyev və D.Cəfərli:
Allah onların mükafatlarını mükəmməl şəkildə əta etsin və Öz lütfündən onlar(ın mükafatların)ı artırsın. Çünki, O, çox bağışlayan, (qədir bilən) və təşəkkür (şükr) edəndir.
Kövsər Tağıyev:
Allah onlara mükafatlarını tam olaraq versin və öz lütfündən daha da artırsın deyə (belə edərlər). Həqiqətən, O, çox bağışlayandır, şükrün qarşılığını verəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
ki, O, onlara əvəzlərini tam olaraq versin və onlar üçün Öz lütfünü artırsın, həqiqətən, O, bağışlayandır, şükrə əvəz verəndir.
Sabirə Dünyamalıyeva:
Allah, onların mükafatlarını əskiksiz olaraq versin və onların hədiyyələrini də artırsın. Heç şübhəsiz ki, O, çox bağışlayandır və əvəz verəndir.