Saffat Surəsi 30. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz həddi aşmış adamlar idiniz.
Bünyadov-Məmmədəliyev:
bizim sizin üzərinizdə heç bir hökmümüz yox idi. Xeyr, siz (özünüz) azğın (günah etməkdə həddi aşmış) bir qövm idiniz.
Elmir Quliyev :
Мы не обладали властью над вами. Вы сами были людьми, преступавшими границы дозволенного.
Ələddin Sultanov:
Sizin üzərinizdə bizim heç bir hökmranlığımız yox idi. Əksinə, siz özünüz azğın insanlar idiniz.
Kerbelayi Malik ağa:
Bizim sizin üzərinizdə bir sultanlığımız yox idi. Xeyr, siz azğın bir toplum idiniz.
Ələsgər Musayev:
olmadı bizim üçün sizin üzərinizdə sultanlıqdan. Bəli! Siz tüğyan edən qoum oldunuz.
A.Mehdiyev və D.Cəfərli:
«Bizim sizin üzərinizdə (küfr iman baxımından) heç bir hökmranlığımız yox idi. Əslində siz özünüz tüğyankar bir dəstə idiniz.»
Kövsər Tağıyev:
“Bizim sizin üzərinizdə heç bir hakimiyyətimiz yox idi. Hətta siz azğın bir qövm idiniz”.
M.Qənioğlu və T.Bilaloğlu:
bizim üzərinizdə heç bir hökmranlığımız yox idi. Əksinə, siz həddini aşmış xalq idiniz.
Sabirə Dünyamalıyeva:
Bizim sizə qarşı bir gücümüz yox idi. Tərsinə, siz azmış bir tayfa idiniz.