Əlixan Musayev:
Kim bu əməlləri düşmən-çilik və zülm etməklə yerinə yetirərsə, Biz onu odda yandıracağıq. Bu da Allah üçün asandır.
Bünyadov-Məmmədəliyev:
Hər kəs təcavüz və zülm etməklə bu işləri görərsə, Biz onu cəhənnəm oduna atırıq. Şübhəsiz ki, bu da Allah üçün çox asandır!
Elmir Quliyev
:
Мы сожжем в Огне того, кто совершит это по своей враждебности и несправедливости. Это для Аллаха легко.
Ələddin Sultanov:
Kim düşmənçiliklə və zalımcasına bunu edərsə (haram yeyər, yaxud haqsız yerə birini öldürərsə), Biz onu cəhənnəm oduna atacağıq. Bu, Allah üçün çox asandır.
Kerbelayi Malik ağa:
Kim bunu düşmənçilik və zülmlə etsə, o təqdirdə biz onu yaxında atəşə atacağıq. Bu, Allah üçün asandır.
Ələsgər Musayev:
Kim fəaliyyət edərsə bunu ədavət və zülmlə və sonra vasil
edərik onu oda. Olar bu üzərinə Allahın asan!
A.Mehdiyev və D.Cəfərli:
Onu (başqasının malını yeməyi və birini öldürməyi Allahın hökmünün) hədd(lərin)i aşmaq və (özünə və ya başqalarına) zülm üçün edən kəsi tezliklə (yandırıcı) oda salacaq və odun istiliyini ona daddıracağıq. Bu, Allaha asandır.
Kövsər Tağıyev:
Kim həddi aşaraq və zülm edərək bunu edərsə, onu cəhənnəm atəşinə atacağıq. Bu, Allaha çox asandır.
M.Qənioğlu və T.Bilaloğlu:
Kim bunu həddini aşmaqla və haqsızlıqla edərsə, Biz onu cəhənnəm odunda yandıracağıq. Bu, Allah üçün asandır.
Sabirə Dünyamalıyeva:
Və kim, düşmənçilik və şirk qoşmaqla səhv; öz zərərinə olan bir əməli işləmək [üçün] bu qadağaları pozsa, Biz onu tezliklə atəşə daxil edərik. Və onu atəşə atmaq, Allah üçün çox asandır.