Əlixan Musayev:
Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub (deyirlər:) “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!
Elmir Quliyev
:
Воистину, к тем, которые сказали: "Наш Господь — Аллах", — а потом были стойки, нисходят ангелы: "Не бойтесь и не печальтесь, а возрадуйтесь Раю, который был обещан вам.
Ələddin Sultanov:
“Rəbbimiz Allahdır!” – deyib sonra doğru yolda gedənlərin üzərinə mələklər nazil olar və onlara belə deyərlər: “Qorxmayın, kədərlənməyin! Sizə vəd olunan cənnətlə sevinin!
Kerbelayi Malik ağa:
Şübhəsiz ki: ‘Rəbbimiz Allahdır.’ deyib, sonra da istiqamət üzərə olanlara mələklər enərlər: ‘Qorxmayın və qəmgin olmayın. Vəd olunduğunuz cənnətlə sevinin!’ (deyərlər).
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, deyirlər: «Rəbbimiz Allahdır!»,
sonra düz istiqamətli olurlar, onların üzərinə mələklər nazil
olur. Xoflanmayın və hüznlü olmayın və bəşarət olsun sizə
cənnətlə, hansı ki, sizə vəd verilmişdi!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, (səmimi qəlbdən) «bizim Rəbbimiz Allahdır!» deyən, sonra (əməldə) möhkəm duran kəslərə (dünyada qeyb köməyi şəklində, yaxud ölüm zamanı, ya da qəbrdən qaldırılan zaman) mələklər nazil olarlar (və deyərlər): «Əsla qorxmayın və qəmgin olmayın; (dünyada) sizə vəd olunmuş Cənnətlə müjdə olsun sizə!»
Kövsər Tağıyev:
Şübhəsiz, “Rəbbimiz Allahdır” deyib sonra doğru olanlar ki var, onların üstünə axın-axın mələklər enər və deyərlər ki: “Qorxmayın, hüznlənməyin, sizə (dünyada) vəd edilən cənnətlə sevinin!”
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən,"Rəbbimiz Allahdır!” - deyib sonra düz yolda olanların üzərinə mələklər enərək (deyərlər): “Qorxmayın, kədərlənməyin, sizə vəd olunmuş cənnətin müjdəsini alın!
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, "Rəbbimiz Allahdır" deyib sonra düz olanlar; onların üstünə, xəbərçi ayələr davamlı enər; "Qorxmayın və kədərlənməyin. Sizə vəd olunan cənnətlə sevinin.