Əlixan Musayev:
Onlar dedilər: “Ey qövmümüz! Biz, həqiqətən də, Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri təsdiqləyən, haqqa və düz yola yönəldən bir Kitab dinlədik!
Bünyadov-Məmmədəliyev:
Onlar dedilər: “Ey qövmümüz! Biz Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri (Tövratı, İncili, Zəburu və səhifələri) təsdiq edən, (Allahın bəndələrini) haqqa və düz yola (islam dininə) yönəldən bir Kitab dinlədik!
Elmir Quliyev
:
Они сказали: "О народ наш! Воистину, мы услышали Писание, ниспосланное после Мусы (Моисея), подтверждающее то, что было до него. Оно направляет к истине и прямому пути.
Ələddin Sultanov:
Onlar belə dedilər: “Ey qövmümüz! Həqiqətən, biz Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri təsdiq edən, haqqa və doğru yola yönəldən bir Kitab dinlədik.
Kerbelayi Malik ağa:
Onlar: ‘Ey qövmümüz! Şübhəsiz ki, biz Hz. Musadan sonra endirilən, onların əlindəkini təsdiq edən, Haqqa və Tariqi Müstəqimə hidayət edən bir kitab dinlədik.’ dedilər.
Ələsgər Musayev:
Dedilər: «Ay qoumumuz!
Biz eşitdik kitabı ki, nazil olmuşdu Musadan sonra, təsdiq edir
qarşısı arasında olanı. Hidayət edir tərəfinə haqqın və tərəfinə
təriqətin düzünün.
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: «Ey qövmümüz! Həqiqətən biz Musadan sonra nazil olub özündən əvvəlkiləri (keçmiş peyğəmbərləri və onların səma kitablarını) təsdiqləyən, haqqa və (əqidə, əxlaq və əməldə) doğru yola yönəldən bir kitab dinlədik.»
Kövsər Tağıyev:
Dedilər ki: “Ey qövmümüz! Şübhəsiz, biz Musadan sonra endirilən, özündən əvvəlki kitabları təsdiqləyən, haqqa və doğru yola yönəldən bir kitab dinlədik”.
M.Qənioğlu və T.Bilaloğlu:
dedilər: “Ey camaatımız! Biz Musadan sonra özündən əvvəlkiləri təsdiqedici olaraq, haqqa və düz yola aparan bir kitab dinlədik.
Sabirə Dünyamalıyeva:
Onlar: "Ey qövmümüz! Şübhəsiz ki, biz Musadan sonra nazil edilmiş və yalnız içindəkiləri təsdiq edən, haqqa və düz yola bələdçi olan bir kitab dinlədik.