Əlixan Musayev:
Əgər Biz istəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Əgər Biz istəsəydik, onları (münafiqləri) mütləq sənə göstərər, sən də onları mütləq üzlərindən tanıyardın (amma, bəlkə, tövbə edib dində səmimi olsunlar deyə, onları heç kəsə tanıtmadıq). Sən onsuzda onların danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin (bütün) əməllərinizi bilir! (Bu ayə nazil olduqdan sonra tanınmayan münafiqlər qorxudan ağızlarını açıb bir kəlmə danışmırdılar).
Elmir Quliyev
:
Если бы Мы пожелали, то показали бы их тебе, и тогда ты узнавал бы их по их приметам. Но ты непременно узнаешь их по оговоркам. Аллах знает о ваших деяниях.
Ələddin Sultanov:
Əgər istəsəydik, onları, əlbəttə, sənə göstərərdik. Beləcə, sən də onları üzlərindən tanıyardın. Həqiqətən, sən onları danışıq tərzlərindən tanıyarsan. Allah sizin əməllərinizi bilir. (Rəvayətə görə, bu ayə nazil olduqdan sonra bütün münafiqlər Həzrət Peyğəmbərə bəlli olmuşdu. Münafiqlərin digər bir xüsusiyyəti də o idi ki, danışdıqları zaman üstüörtülü sözlərdən istifadə edərək müsəlmanları incidirdilər.)
Kerbelayi Malik ağa:
Əgər biz diləsəydik, onları sənə mütləq göstərərdik. O zaman sən onları simalarından şübhəsiz tanıyardın. Sən onları mütləq danışıq tərzlərindən də tanıyarsan. Allah sizin əməllərinizi bilir.
Ələsgər Musayev:
Əgər istəsəydik onları göstərərdik sənə və sən onları
simalarından tanıyardın. Əlbəttə, sən onları danışıq səslərindən
tanıyardın. Allah bilir əməllərinizi!
A.Mehdiyev və D.Cəfərli:
Əgər istəsək onları sənə göstərərik (və) sən onları üz və simaları ilə tanıyarsan. Sən mütləq onları danışıq tərzlərindən tanıyacaqsan. Allah sizin (bütün) etdiklərinizi bilir.
Kövsər Tağıyev:
Biz istəsəydik, onları sənə göstərərdik, sən onları üzlərindən tanıyardın. And olsun, sən onları danışıq tərzlərindən da tanıyarsan. Allah etdiklərinizi bilir.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər Biz istəsəydik, onları sənə göstərərdik, sən də onları simalarından tanıyardın. Sən onları danışıq ədalarından da mütləq tanıyıcaqsan. Allah isə onların əməllərini bilir!
Sabirə Dünyamalıyeva:
Əgər Biz istəsəydik, həqiqətən onları sənə göstərərdik də. Sonra da sən onları nişanlarından tanıyardın. Yenə də sən, onları sözlərinin üslubundan həqiqətən tanıyarsan. Allah isə işlərinizi bilir.