Maidə Surəsi 30. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Nəfsi onu qardaşını qətlə yetirməyə vadar etdi o da nəfsinə tabe olaraq onu öldürdü ziyana uğrayanlardan oldu.
Bünyadov-Məmmədəliyev:
Nəfsi onu (Qabili) qardaşını öldürməyə sövq etdi, onu (Habili) öldürdü bununla da zərərçəkənlərdən oldu.
Elmir Quliyev :
Душа подтолкнула его на убийство своего брата, и он убил его и оказался одним из потерпевших убыток.
Ələddin Sultanov:
Nəfsi onu, qardaşını öldürməyə sövq etdi onu öldürdü. Buna görə o, zərər çəkənlərdən oldu.
Kerbelayi Malik ağa:
Bunun üzərinə nəfsi onu qardaşını öldürməyə sövq etdi. Beləcə onu öldürdü, sonra ziyana uğrayanlardan oldu.
Ələsgər Musayev:
Təhrik etdi onun üçün nəfsi onu qətlinə qardaşının. Qətl etdi onu oldu sabahı xəsarətlilərdən.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, (pis işlərə əmr edən) nəfsi onu qardaşını qətlə yetirməyə həvəsləndirdi (bu işi ona) asan göstərdi. Beləliklə onu öldürdü ziyana uğrayanlardan oldu.
Kövsər Tağıyev:
Nəfsi onu qardaşını öldürməyə sövq etdi, (nəfsinə tabe olaraq) onu öldürdü beləliklə, ziyana düşənlərdən oldu.
M.Qənioğlu və T.Bilaloğlu:
Nəfsi onu [Qabili] öz qardaşını öldürməyə sövq etdi onu öldürərək ziyana düşənlərdən oldu.
Sabirə Dünyamalıyeva:
Belə olduqda, qurbanı qəbul edilməyənin nəfsi, qardaşını öldürməyi ona asan göstərdi, sonra da onu öldürdü. Özü ziyana uğrayanlardan oldu.