Əlixan Musayev:
Onların bilik səviyyəsi budur. Şübhəsiz ki, sənin Rəbbin Onun yolundan azanı da, doğru yolla gedəni də yaxşı tanıyır.
Bünyadov-Məmmədəliyev:
Onların bildiyi elə bu qədərdir. Şübhəsiz ki, sənin Rəbbin haqq yoldan azanı da, doğru yolda olanı da ən gözəl tanıyandır!
Elmir Quliyev
:
Таков предел их познаний. Воистину, твоему Господу лучше знать тех, кто сбился с Его пути, и лучше знать тех, кто последовал прямым путем.
Ələddin Sultanov:
Onların bildikləri yalnız bu qədərdir. Şübhəsiz ki, sənin Rəbbin yolundan azanı da, doğru yolda olanı da yaxşı tanıyır.
Kerbelayi Malik ağa:
Onların elmdən bildikləri elə bu qədərdir. Şübhəsiz ki, sənin Rəbbin kimin Onun yolundan sapdığını və kimin hidayətə ərdiyini ən yaxşı bilir.
Ələsgər Musayev:
Belədir onların elmdən məbləği. Həqiqətən, Rəbbin – O bilir
kim zəlil olub Onun yolundan və O bilir kim hidayət tapıb.
A.Mehdiyev və D.Cəfərli:
Bu, onların biliklərinin son mərhələsidir. Həqiqətən sənin Rəbbin Onun yolundan sapanı da, doğru yola gələni də yaxşı tanıyır.
Kövsər Tağıyev:
Bu da onların elm baxımından çatdıqları mərtəbə! Şübhəsiz, sənin Rəbbin yolundan sapanı daha yaxşı bilir. O, hidayət tapanı da daha yaxşı bilir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların çatdıqları bilik səviyyəsi budur. Sənin Rəbbin Onun yolundan çıxanları da yaxşı tanıyır, düz yolla gedənləri də çox yaxşı tanıyır.
Sabirə Dünyamalıyeva:
Onların biliklərən əldə edəcəkləri şey elə budur. Şübhəsiz ki, sənin Rəbbin, yolundan azanı başqalarından daha yaxşı tanıyır, özünə göstərilən doğru yolda olanı da başqalarından daha yaxşı tanıyır.