Əlixan Musayev:
Onları Rəbbinin qarşısında dayandırılarkən bircə görəydin! (Allah) deyəcəkdir: “Məgər bu (dirilmə) həqiqət deyilmi?” Onlar: “Əlbəttə, Rəbbimizə and olsun (ki, bu həqiqətdir!)”– deyəcəklər. O buyuracaqdır: “Elə isə inkar etdiyinizə görə dadın əzabı!”
Bünyadov-Məmmədəliyev:
Sən onları (sorğu-sual üçün) Rəbbinin hüzurunda saxlandıqları zaman görəydin! Allah onlara (mələklər vasitəsilə) belə buyuracaq: “Bu, (öləndən sonra dirilmək, sorğu-sual) haqq deyilmi? Onlar: ”Bəli, Rəbbimizə and olsun (ki, bu, haqdır!)” – deyə cavab verəcəklər. (Allah) buyuracaq: “Elə isə etdiyiniz küfrlərə görə dadın əzabı!”.
Elmir Quliyev
:
Если бы ты только увидел их, когда их остановят перед их Господом. Он скажет: "Разве это не истина?" Они скажут: "Конечно, клянемся нашим Господом!" Он скажет: "Вкусите же мучения за то, что вы не верили!"
Ələddin Sultanov:
Rəbbinin hüzurunda dayandırıldıqları zaman (onları) görəydin! Allah buyuracaq: “Bu (təkrar dirilmə hadisəsi), haqq deyilmi?” Onlar: “Bəli, Rəbbimizə and olsun ki, (haqdır)!” - deyəcəklər. Allah buyuracaq: “Elə isə, (bunu) inkar etdiyinizə görə dadın əzabı!”
Kerbelayi Malik ağa:
Rəblərinin hüzurunda dayandırıldıqları zaman bir görsən. (Allahu Təala) ‘Bu haqq deyilmi?’ dedi. ‘Bəli, Rəbbimizə and olsun.’ dedilər. Allahu Təala: ‘O halda inkar etdiyinizə görə əzabı dadın.’ dedi.
Ələsgər Musayev:
Əgər onları görəsən onda ki, Rəblərinin hüzurunda dayanıblar! Deyərlər: «Ə, deyil bu, haqq ilə?» Deyərlər: «Bəli, and olsun Rəbbimizə!» Deyər: «Dadın əzabı nə ilə ki, oldunuz küfr edənlər!»
A.Mehdiyev və D.Cəfərli:
Əgər onları Rəbblərinin hüzurunda (hesab vermək üçün) saxlanılan zaman görsən! (Allah) buyuracaq: «Bu, (ölümdən sonra dirilmək) haqq deyilmi?» Deyəcəklər: «Bəli, Rəbbimizə and olsun (ki, haqdır)». Buyuracaq: «Elə isə, etdiyiniz küfrün cəzası olaraq dadın bu əzabı!»
Kövsər Tağıyev:
Rəblərinin hüzurunda dayandırıldıqları zaman sən (onların halını) bir görəydin! (Allah) deyəcək ki: “Bu (dirilmək) haqq deyilmi?” Onlar: “Bəli, Rəbbimizə and olsun ki, haqq imiş”, – deyəcəklər. (Allah:) “Elə isə inkar etdiyiniz üçün dadın əzabı!” – deyəcək.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların gətirilib özlərinin Rəbbi qarşısında necə durduqlarını sən bir görəydin! O: "Məgər bu, haqq deyilmi?" - deyə soranda onlar: "Bəli, Rəbbimizə and olsun!" - deyərlər. Allah: "Elə isə etdiyiniz kafirliyə görə əzabı dadın!" - deyər.
Sabirə Dünyamalıyeva:
Və Rəbbinin hüzurunda saxlanıldıqda, onları bir görsən! Rəbbləri: "Bu, bir həqiqət deyil, eləmi?" deyər. Onlar: "Bəli, Rəbbimizə and olsun ki, həqiqətdir" deyərlər. Rəbbi: "Elə isə küfr işləmiş [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etmiş] olduğunuz üçün dadın əzabı!" deyər.