Əlixan Musayev:
(Allah Öz bəndələrinin) bir qismini doğru yola yönəltdi, digərlərinə isə (haqq yoldan) azmaq layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə dost tutdular və elə güman edirlər ki, doğru yoldadırlar.
Bünyadov-Məmmədəliyev:
(Allah) insanların bir qismini doğru yola yönəltdi, onların bir qismi isə (haqq yoldan) azmağa layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə havadar tutmuşdular və özlərinin doğru yolda olduqlarını güman edirlər.
Elmir Quliyev
:
Он одних наставил на прямой путь, а другим заслуженно предписал заблуждение. Они сочли дьяволов своими покровителями и помощниками вместо Аллаха и полагают, что следуют прямым путем.
Ələddin Sultanov:
O, (insanların) bir qismini doğru yola yönəltdi, bir qismi isə zəlalətə layiq oldu. Çünki onlar Allahı qoyub şeytanları özlərinə dost tutmuşdular. Onlar özlərinin doğru yolda olduğunu zənn edirlər.
Kerbelayi Malik ağa:
Bir qismi hidayətə ərdi və bir qisminin üzərinə dəlalət haqq oldu. Şübhəsiz ki, onlar Allahdan başqa şeytanları özlərinə dost tutdular. Onlar özlərini hidayətdə zənn edirlər.
Ələsgər Musayev:
Bir dəstəni O hidayət etdi və bir dəstə üçün üzərində onların haqq oldu zəlalət. Həqiqətən, onlar Allahın əvəzinə dost tutdular şeytanları və hesab etdilər ki, hidayət olunublar!
A.Mehdiyev və D.Cəfərli:
(Sizin qayıdışınız elə bir haldadır ki, Allah) bir dəstəni hidayət etmiş, bir dəstə üçün isə zəlalət gerçəkləşmişdir. Çünki, (zəlalətə düşənlər) Allahın yerinə şeytanları özlərinə başçı və yardımçı götürdülər və onlar doğru yolda olmalarını güman edirlər.
Kövsər Tağıyev:
Allah bir qisminə hidayət verdi, bir qismi isə zəlalətə layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları dost tutmuşdular. Özlərinin də doğru yolda olduqlarını sanırdılar.
M.Qənioğlu və T.Bilaloğlu:
O, bir dəstəni düz yola yönəltdi, digərinə isə yolunu azmaq nəsib etdi. (Çünki) bunlar Allahı qoyub şeytanları dost tutublar və belə hesab edirlər ki, düz yolla gedirlər.
Sabirə Dünyamalıyeva:
Bir qismini doğru yola yönəltdi, bir qismi üçün isə azğınlıq haqq oldu; onlar, Allahın altındakılardan şeytanları, yol göstərən, yardım edən və himayə edən yaxınlar bildilər və özlərinin də qəti surətdə onlara göstərilən doğru yolda olduqlarını zənn edirlər.