Əlixan Musayev:
Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən sizin xor baxdığınız kəslərə demirəm ki, Allah onlara əsla xeyir verməyəcəkdir. Onların canında nələr olduğunu Allah daha yaxşı bilir. Əks təqdirdə, sözsüz ki, mən zalımlardan olardım”.
Bünyadov-Məmmədəliyev:
Mən sizə demirəm ki, Allahın xəzinələri məndədir. Mən qeybi də bilmirəm. Mən demirəm ki, mələyəm. Mən eyni zamanda sizin xor baxdığınız kəslərə (iman gətirən yoxsullara) Allahın heç bir xeyir verməyəcəyini də demirəm. Onların ürəklərində olanı (hamıdan yaxşı) Allah bilir. (Əgər mən iman gətirənləri qovsam və bu sözləri desəm), onda şübhəsiz ki, zalımlardan olaram!”
Elmir Quliyev
:
Я не говорю вам, что владею сокровищницами Аллаха. Я не ведаю сокровенное. Я не говорю, что являюсь ангелом. Я также не говорю тем, которые презренны в ваших глазах, что Аллах не дарует им никакого добра. Аллаху лучше знать о том, что в их душах. В противном случае я был бы одним из беззаконников".
Ələddin Sultanov:
Mən sizə: “Allahın xəzinələri məndədir”, - demirəm. Mən qeybi də bilmirəm. Mələk olduğumu da söyləmirəm. Xor baxdığınız (iman gətirən) kimsələr barəsində: “Allah onlara heç bir xeyir verməyəcəkdir”, - demirəm. Allah onların qəlblərində olanı daha yaxşı bilir. Əgər belə etsəm, zalımlardan olaram”.
Kerbelayi Malik ağa:
Sizə: ‘Allahın xəzinələri yanımdadır.’ demirəm. Qeybi də bilmirəm. ‘Şübhəsiz ki, mən bir mələyəm.’ demirəm. Gözlərinizin xor baxdığı kimsələrə: ‘Allah əsla bir xeyir verməyəcək.’ demirəm. Onların nəfslərindəkiləri Allah bilir. O təqdirdə (doğrunu söyləməzsəm) şübhəsiz ki, mən əlbəttə zalımlardan olaram.
Ələsgər Musayev:
Mən demirəm sizə:
“Allahın xəzinələri mənim yanımdadır” və “Qeybi bilirəm” və
demirəm: “Mən mələyəm” və demirəm o kəslərə ki, sizin
gözünüzdə alçaqdırlar,“Allah onlara xeyir verməyəcək”. Allah
onların nəfslərində olanı bilir. Onda mən zalimlərdən olaram!»
A.Mehdiyev və D.Cəfərli:
Və mən sizə Allahın (malların çoxalması, istəklərin yerinə yetirilməsi, xəstələrin şəfası kimi rəhmət) xəzinələrinin mənim ixtiyarımda olmasını demirəm, mən qeybi də bilmirəm, mən mələyəm demirəm və gözlərinizin xarlıq və həqirliklə baxdığı kəslər haqqında «Allah onlara heç vaxt bir xeyir verməyəcəkdir» də demirəm. Allah onların batinlərində olanı daha yaxşı bilir. Əgər elə desəm, mütləq zalımlardan olaram.» (Ən’am surəsinin 50-ci ayəsinə müraciət edin.)
Kövsər Tağıyev:
Mən sizə: “Allahın xəzinələri mənim yanımdadır”, – demirəm. Qeybi də bilmirəm. “Mən bir mələyəm”, – də demirəm. Sizin xor gördüyünüz kimsələr üçün: “Allah onlara əsla bir xeyir verməz”, – də deyə bilmərəm. Allah onların qəlblərindəkini daha yaxşı bilir. Belə bir şey söyləsəm, o zaman mən, həqiqətən, zalımlardan olaram.
M.Qənioğlu və T.Bilaloğlu:
Mən sizə demirəm ki, məndə Allahın xəzinələri vardır. Mən qeybi bilmirəm. Mən demirəm ki, mələyəm. Sizin gözlərinizlə istehza etdiyiniz kəslər üçün demirəm ki, Allah onlara heç bir xeyir bəxş etməyəcəkdir. Allah onların ürəklərindəkini daha yaxşı bilir. Onda mən zalımlardan olardım".
Sabirə Dünyamalıyeva:
Və mən sizə, 'Allahın xəzinələri mənim yanımdadır' demirəm. Və mən görünməyəni, eşidilməyəni, hiss edilməyəni, keçmişi, gələcəyi bilmirəm. Mən sizə ‘Mən bir mələyəm' də demirəm. Sizin öz ağlınızla xor gördükləriniz haqqında, 'Allah onlara heç bir xeyir verməz' də demirəm. Allah, onların daxilindəkini ən yaxşı biləndir. Bax, o zaman mən həqiqətən səhv; öz zərərinə olan əməli işləyən biri olaram." dedi.