Əlixan Musayev:
Qadın onların dedi-qodularından xəbər tutduqda (qonaqlığa gəlmək üçün) onlara xəbər göndərdi və onlar üçün mütəkkələr hazırladı (məclis qurdu), onların hər birinə bir bıçaq verdi və (Yusufa): “Onların qarşısına çıx!”– dedi. (Qadınlar) (Yusufu) gördükdə onu o qədər təriflədilər ki, (unudub meyvə əvəzinə) öz əllərini kəsdilər və dedilər: “Allah saxlasın! Bu ki bəşər deyil. Bu ancaq hörmətə layiq bir mələkdir!”
Bünyadov-Məmmədəliyev:
(Züleyxa qadınların) gizli dedi-qodularını (məkrini) eşitdikdə onlara xəbər göndərib ziyafətə dəvət etdi, onlar üçün gözəl (mütəkkələrlə, xalılarla döşənmiş bir otaqda ləziz təamlardan ibarət) bir məclis düzəltdi. Onların hər birinə (meyvə kəsib soymaq üçün) bir bıçaq verdi, sonra (Yusifə): “Onların qarşısına çıx!” – deyə əmr etdi. (Qadınlar Yusifi) gördükdə (gözəlliyinə heyran olub) onu həddindən artıq təriflədilər və (özlərini itirib əllərindəki turuncun qabığını soymaq əvəzinə) əllərini kəsdilər. Onlar: “Aman Allah! Bu ki, bəşər deyildir. Bu ancaq (Allah yanında) möhtərəm (əziz) olan bir mələkdir!” - dedilər.
Elmir Quliyev
:
Когда она услышала про их хитрость, то пригласила их, велела приготовить им подушки, дала каждой по ножу для фруктов и сказала: "Выйди к ним". Когда они увидели его, то так превознесли его, что порезали ножами себе руки и сказали: "Упаси Аллах! Да ведь это не человек. Он не кто иной, как благородный ангел".
Ələddin Sultanov:
(Züleyxa) onların hiyləsini (dedi-qodularını) eşitdiyi zaman onlara xəbər göndərdi (evində qonaqlığa dəvət etdi). Onlar üçün yastıqlar hazırladı və onlardan hər birinə bir bıçaq verdi. (Qadınlar meyvələri soyarkən Züleyxa Yusifə:) “Onların qarşısına çıx!” - dedi. Onlar Yusifi gördükləri zaman onu ucaltdılar (onun nə qədər yaraşıqlı olduğunu etiraf etdilər). (Çaşqınlıqla) öz əllərini kəsdilər və: “Aman Allah! Bu insan deyil. Bu ancaq uca bir mələkdir!” - dedilər.
Kerbelayi Malik ağa:
(Qadınların) onu çəkişdirdiklərini eşitdiyi zaman onlara (dəvətçi) göndərdi və onlara qarşılıqlı oturulacaq yer hazırladı. Onlardan hər birinə (meyvə soymaları üçün) bir bıçaq verdi. (Yusifə): ‘Onların (qadınların) qarşısına çıx!’ dedi. Beləcə onu gördükləri zaman ona heyran oldular, əllərini kəsdilər və: ‘Haşa! Allahım, bu bir bəşər deyil, ancaq kərim (bir) mələkdir.’ dedilər.
Ələsgər Musayev:
Və amma ki, eşitdi məkrləri ilə onların, göndərdi tərəfinə
onların və hazırladı onlar üçün mütəkkə və əta etdi külli
vahidinə onlardan bıçaq və dedi: «Xaric ol onlara tərəf!»
Amma elə ki, onu gördülər, onu böyük sayıb və əllərini
kəsdilər və dedilər: «Həşə lilləh! Bəşər deyil bu, ancaq
kəramətli mələkdir».
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, (Əzizin arvadı) onların məkrli sözlərini eşidəndə, arxalarınca (adam) göndərdi və onlar üçün mütəkkə hazırladı. Hər birinin əlinə (meyvə soymaq üçün) bir bıçaq verdi və (salam vermək və qonaqlara qulluq etmək bəhanəsilə Yusufa) dedi: «Onların məclisinə çıx». Qadınlar Yusufu gördükdə onu böyük hesab etdilər və (gözəlliyinə elə valeh oldular ki,) əllərini bərk kəsdilər və (təəccüb və heyranlığın şiddətindən) dedilər: «Pakdır Allah! Bu, bəşər deyildir! Bu, yalnız möhtərəm bir mələkdir!»
Kövsər Tağıyev:
Qadın onların dedi-qodularını eşitdikdə xəbər göndərib onları çağırdı. (Ziyafət tərtib edib) onlar üçün oturub söykənəcəkləri yer hazırladı. Hər birinə bir bıçaq verdi və Yusufa: “Onların qarşısına çıx!” – dedi. Qadınlar Yusufu görəndə onu (gözlərində) çox böyütdülər və özlərini itirib əllərini kəsdilər. “Aman Allah! Bu bir insan deyil, ancaq şərəfli bir mələkdir”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
O [qadın] bunların tənəsini eşidəndə onlara xəbər göndərdi və onlar üçün mütəkkələr hazırladı. Onlardan hər birinə bir bıçaq da verdi. Sonra isə (Yusufa) dedi: "Onların yanına çıx!" Onlar onu görəndə elə valeh oldular ki, öz əllərini kəsik-kəsik etdilər. Onlar dedilər: "Aman Allah, bu ki, bəşər deyil, olsa-olsa sevimli bir mələkdir!"
Sabirə Dünyamalıyeva:
Sonra Əzizin qadını, onların gizlidən-gizliyə dedi-qodu yaydıqlarını eşitdikdə, onların arxasınca elçi göndərdi və onlara yastıq/meyvə; gözəl bir süfrə hazırladı. Və onlardan hər birinə bir bıçaq verdi. Və "Onların qarşısına çıx!" dedi. Və onlar Yusifi görən kimi onu öz gözlərində çox böyütdülər və əllərini kəsdilər. Və "Tövbə! Doğrusu, bu bir bəşər deyil, ancaq çox şərəfli bir mələkdir."/"Tövbə, bu satın alınmış bir kölə deyil, ancaq çox şərəfli bir şahzadədir" dedilər.