Əlixan Musayev:
İman gətirən qullarıma de ki, namaz qılsınlar, alış-verişin və dostluğun olmayacağı bir günün gəlməsindən əvvəl onlara verdiyimiz ruzidən (Allah )(yolunda) gizli və aşkar xərcləsinlər.
Bünyadov-Məmmədəliyev:
İman gətirən bəndələrimə de: “(Vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar, heç bir alış-verişin və dostluğun mümkün olmayacağı (günahların bağışlanması üçün heç kəsdən fidyə alınmayacağı, dostluq xatirinə heç bir güzəşt edilməyəcəyi) gün (qiyamət günü) gəlməzdən əvvəl onlara verdiyimiz ruzidən (kasıblara, ehtiyacı olanlara) gizli və aşkar xərcləsinlər.
Elmir Quliyev
:
Скажи тем из Моих рабов, которые уверовали, чтобы они совершали намаз и расходовали тайно и явно из того, чем Мы их наделили, пока не наступит день, когда не будет ни торга, ни дружбы.
Ələddin Sultanov:
İman gətirən bəndələrimə de: “Nə bir alış-verişin, nə də bir dostluğun olacağı gün gəlmədən əvvəl namaz qılsınlar və onlara verdiyimiz ruzidən gizli və aşkar infaq etsinlər!”
Kerbelayi Malik ağa:
Amənu olan qullarıma söylə: ‘Dostluq və alış-verişin olmadığı o günün gəlməsindən öncə namazı qılsınlar! Onlara ruzi verdiyimiz şeylərdən gizli və aşkar infaq etsinlər!’
Ələsgər Musayev:
De
bəndələrimdən o kəslərə ki, iman gətiriblər, ayağa qalxsınlar
islahata və nədən ki, ruziləndirmişik onları sirli və elanlı infaq
etsinlər ondan qabaq ki, bir gün gələcək ki, nə bey və nə də
dostluq var.
A.Mehdiyev və D.Cəfərli:
İman gətirən bəndələrimə de ki, namaz qılsınlar və onlara ruzi olaraq verdiyimizdən (mal, məqam və canlarından) heç bir alış-verişin və dostluğun olmayacağı (mal və tanışlıq əlaqələrinin nə olacağı və nə də işə keçəcəyi) gün gəlməmişdən qabaq gizlində və aşkarda Allah yolunda xərcləsinlər.
Kövsər Tağıyev:
İman edən qullarıma söylə ki, namazı doğru-düzgün qılsınlar, heç bir alış-verişin və dostluğun olmayacağı gün gəlməzdən əvvəl özlərinə ruzi olaraq verdiyimiz şeylərdən Allah yolunda gizli və aşkar xərcləsinlər.
M.Qənioğlu və T.Bilaloğlu:
İman gətirən bəndələrimə de ki, qoy onlar nə bir alış-veriş, nə də dostbazlıq olacağı gün [qiyamət günü] gələnə kimi namaz qılsınlar və Bizim onlara verdiyimiz ruzidən gizlində və açıq xərcləsinlər.
Sabirə Dünyamalıyeva:
İman gətirən bəndələrimə de: Səlat etsinlər [maddi və zehni baxımdan dəstək olsunlar; cəmiyyəti maarifləndirmə qurumlarını qursunlar-yaşatsınlar] və alış-veriş və dostluğun olmayacağı bir günün gəlişindən əvvəl, özlərinə ruzi olaraq verdiyimiz şeylərdən açıq və gizli olaraq Allah yolunda xərcləsinlər/yaxınlarının ehtiyaclarını təmin etsinlər."