Əlixan Musayev:
Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Axı onların da, sizin də ruzinizi Biz veririk. Onları öldürmək, həqiqətən də, böyük günahdır.
Bünyadov-Məmmədəliyev:
Yoxsulluqdan qorxub (Cahiliyyət dövründə olduğu kimi) övladlarınızı (xüsusilə, qız uşaqlarını) öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır!
Elmir Quliyev
:
Не убивайте своих детей, опасаясь нищеты, ведь Мы обеспечиваем пропитанием их вместе с вами. Воистину, убивать детей — тяжкий грех.
Ələddin Sultanov:
Kasıblıq qorxusu ilə övladlarınızı öldürməyin! Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır.
Kerbelayi Malik ağa:
Yoxsulluq qorxusu ilə övladlarınızı öldürməyin! Onlara və sizlərə Biz ruzi verərik. Şübhəsiz ki, onların öldürülməsi (qəsdlə işlənən) böyük günah oldu.
Ələsgər Musayev:
Qətlə yetirməyin övladlarınızı qəhətlikdən
çəkinərək – Biz onlara və sizə ruzi veririk. Həqiqətən, onları
qətlə yetirmək böyük xəta olar!
A.Mehdiyev və D.Cəfərli:
Öz övladlarınızı yoxsulluq qorxusundan öldürməyin. Onlara və sizə ruzi verən Bizik. Həqiqətən onları öldürmək böyük günahdır.
Kövsər Tağıyev:
Yoxsulluq qorxusu ilə övladlarınızı öldürməyin. Onlara da, sizə də ruzini biz veririk. Onları öldürmək, həqiqətən, böyük bir günahdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Kasıbçılıq qorxusundan uşaqlarınızı öldürməyin. Onlara da, sizə də ruzini Biz veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır.
Sabirə Dünyamalıyeva:
Və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Onların və sizin ruzinizi Biz veririk/onları və sizi Biz bəsləyirik. Onları öldürmək, həqiqətən, böyük bir günahdır.