Kəhf Surəsi 31. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məhz onlar üçün (ağacları) altından çaylar axan Ədn bağları hazırlanmışdır. Onlar orada qızıl bilərziklərlə bəzədiləcək, taftadan atlazdan yaşıl paltarlar geyəcək orada taxtların üstündə dirsəklənəcəklər. gözəl mükafat, necə gözəl məskəndir!
Bünyadov-Məmmədəliyev:
Onları (ağacları) altından çaylar axan Ədn cənnətləri gözləyir. Onlar orada taxtlara söykənərək qızıl bilərziklərlə bəzənəcək (altun qolbaqlar taxacaq), nazik qalın ipəkdən (taftadan qumaşdan) yaşıl paltarlar geyəcəklər. O, gözəl mükafat, o (Cənnət) necə gözəl məkandır!
Elmir Quliyev :
Именно им уготованы сады Эдема, в которых текут реки. Они будут украшены золотыми браслетами и облачены в зеленые одеяния из атласа и парчи. Там они будут возлежать на ложах, прислонившись. Замечательное вознаграждение и прекрасная обитель!
Ələddin Sultanov:
Onlar üçün (ağacları) altından çaylar axan Ədn cənnətləri vardır. Onlar orada taxtlar üzərində əyləşərək qızıldan bilərziklərlə bəzənəcək, nazik qalın ipəkdən yaşıl paltarlar geyəcəklər. O gözəl mükafat yaxşı məkandır!
Kerbelayi Malik ağa:
Onlar üçün Adn cənnətləri vardır. Onların altından çaylar axar. Orada qızıl bilərziklərlə bəzənərlər. İncə ipək atlasdan yaşıl paltarlar geyərlər. Orada taxtlar üzərində söykənərlər. gözəl bir savab gözəl bir dost.
Ələsgər Musayev:
Həmin onlar üçün Ədn cənnətləri var, cari olur altından onun nəhrlər. O cənnətlərdə qızıl zinətlərlə bəzənərlər yaşıl ipəkdən libas geyərlər taxtlar üzərində mütəkkələrə söykənərlər. Nemətli savabdır yaxşı məskəndir!
A.Mehdiyev və D.Cəfərli:
Onlar üçün altından çaylar axan əbədi Cənnətlər vardır. Onlar orada taxtların üzərində söykənmiş halda qızıl bilərziklərlə bəzədilər yaşıl rəngli nazik qalın ipək paltarlar geyinərlər. (Bu,) gözəl mükafat gözəl bir məkandır!
Kövsər Tağıyev:
Onlar üçün içlərindən çaylar axan Ədn cənnətləri var. Orada taxtlar üstündə oturaraq qızıl bilərziklərlə bəzənəcəklər, incə qalın ipəkdən yaşıl libaslar geyinəcəklər. O gözəl mükafatdır. Cənnət necə gözəl bir söykənmə yeridir.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, iman gətirib əməlisaleh olanlara gəldikdə isə, Biz onların haqqını itirmərik.
Sabirə Dünyamalıyeva:
Bax onlar üçün altından çaylar axan Ədn cənnətləri vardır. Onlar, orada taxtlarına söykənmiş olaraq, qızıl bilərziklərlə bəzənəcəklər, incə qalın ipəkdən yaşıl libaslar geyəcəklər. O, gözəl əvəzdir! qalmaq üçün gözəl məkandır!