Əlixan Musayev:
(Allah) Adəmə bütün( şeylərin) adlarını öyrətdi. Sonra onları mələklərə göstərib dedi: “Doğru danışanlarsınızsa, bunların adlarını Mənə deyin!”
Bünyadov-Məmmədəliyev:
(Allah Adəmi yaratdıqdan sonra) Adəmə bütün şeylərin adlarını (isimlərini) öyrətdi. Sonra onları (həmin şeyləri) mələklərə göstərərək: “(İddianızda) doğrusunuzsa, bunların adlarını Mənə bildirin!”- dedi.
Elmir Quliyev
:
Он научил Адама всевозможным именам, а затем показал их (творения, нареченные именами) ангелам и сказал: "Назовите мне их имена, если вы говорите правду".
Ələddin Sultanov:
Allah Adəmə hər şeyin adını öyrətdi. Sonra onları mələklərə göstərərək: “Əgər doğru deyirsinizsə, bunların adlarını Mənə bildirin!” - dedi.
Kerbelayi Malik ağa:
Allah Adəmə (Allahın) əsmalarının hamısını (bu əsmalardakı hikmətləri) öyrətdi. Sonra onları mələklərə ərz edərək dedi ki: 'Doğru danışanlarsınızsa, bunları adları ilə mənə deyin.'
Ələsgər Musayev:
Və bildirdi Adama isimlərini külli
onların, sonra ərz etdi üzərinə mələklərin və dedi: «Xəbər verin
Mənə isimləri ilə bunların, əgər oldunuz sadiqlər!»
A.Mehdiyev və D.Cəfərli:
Və bütün adları Adəmə öyrətdi (dünyanın bütün varlıqlarının nəsli kəsilənədək adlarını bir dildə və ya bəşəriyyətin gələcəkdə olacaq bütün dillərində və yaxud bütün ad sahiblərinin həqiqətlərini, xüsusiyyətlərini və nişanələrini ona öyrətdi). Sonra onları (bu mənaları) mələklərə göstərərək buyurdu: «Əgər doğruçusunuzsa bunların adlarını (və ya həqiqət və sirlərini) Mənə xəbər verin.»
Kövsər Tağıyev:
Allah Adəmə bütün varlıqların adlarını öyrətdi. Sonra onları mələklərə göstərərək: “Əgər doğru söyləyənlərsinizsə, buyurun, mənə bunların adlarını bildirin!” – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
O, Adəmə bütün adları öyrətdi, sonra isə onları mələklərə bildirərək dedi: "Əgər düz danışansınızsa, bunların adlarını Mənə bildirin."
Sabirə Dünyamalıyeva:
Və sənin Rəbbin, Adəmə o adların hamısını öyrətdi. Sonra hamısını təbiətdəki güclərə göstərdi və "Haydı, deyin Mənə bunların adlarını, əgər doğru kəslərsinizsə" dedi.