Əlixan Musayev:
Əsanı (yerə) at!” (Musa) onun ilan kimi qıvrıldığını görüb, geriyə belə baxmadan dönüb qaçmağa başladı.( Allah dedi:) “Ey Musa! Yaxın gəl, qorxma! Sən əmin-amanlıqda olanlardansan!
Bünyadov-Məmmədəliyev:
Əsanı (yerə) at!” (Musa əsanı yerə atdı). O əsanın ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı, heç dala da baxmadı. (Biz ona belə buyurduq: ) “Ya Musa! Bəri gəl, qorxma! Sən əmin-amanlıq içindəsən!
Elmir Quliyev
:
Брось свой посох!" Когда же он увидел, как тот извивается, словно змея, он бросился бежать и не вернулся (или не обернулся). Аллах сказал: "О Муса (Моисей)! Подойди и не бойся, ибо ты являешься одним из тех, кто находится в безопасности.
Ələddin Sultanov:
Əsanı at!” Musa əsanın ilan kimi hərəkət etdiyini görən kimi arxasına baxmadan dönüb qaçdı. (Allah buyurdu:) “Ey Musa! Geri gəl, qorxma! Şübhəsiz ki, sən əminlikdəsən.
Kerbelayi Malik ağa:
‘Əsanı at!’ Bunun üzərinə (əsasını atınca) onun ilan kimi hərəkət etdiyini gördü. Arxasına baxmadan dönüb qaçdı. ‘Ey Musa, (geri) dön! Qorxma, şübhəsiz ki, sən əmin-amanlıqda olanlardansan!’
Ələsgər Musayev:
.At ?san?!» Amma el? ki, gordu onu ilan kimi h?r?k?t ed?n, daban? ust? donub qacd?. «Ay Musa, yax?n g?l v? xoflanma, h?qiq?t?n, s?n ?minlikd? olanlardansan!
A.Mehdiyev və D.Cəfərli:
Və (nida gəldi ki,:) «Əsanı yerə at. (Atdı və) onun ilan (ya cin) kimi sürətlə hərəkət etdiyini gördükdə, geri dönüb qaçdı və arxasına (belə) baxmadı. (Buyuruldu:) «Ey Musa, irəli gəl və qorxma, həqiqətən, sən amanda olanlardansan».
Kövsər Tağıyev:
“Əsanı (yerə) at”. (Musa əsasını atdı.) Onun bir ilan kimi sürətlə hərəkət etdiyini görəndə arxasına baxmadan dönüb qaçdı. (Bu dəfə isə belə nida olundu:) “Ey Musa! Bəri gəl, qorxma. Sən amanda olanlardansan”.
M.Qənioğlu və T.Bilaloğlu:
Əsanı yerə at!" Musa əsanın bir ilan kimi qıvrıldığını görəndə arxaya baxmadan geri dönüb qaçdı. (Ona deyildi): “Ey Musa, yaxın gəl, qorxma! Sən əmin-amanlıqda olanlardansan!
Sabirə Dünyamalıyeva:
Və öz təcrübəni meydana çıxar! -Öz təcrübəsinin sanki görünməyən bir varlıq kimi, hərəkət etdirildiyini gördükdə, arxasına baxmadan qaçdı.- Ey Musa! Bəri gəl, qorxma. Həqiqətən sən əmin-amanlıq içindəsən.