Əlixan Musayev:
De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!”
Elmir Quliyev
:
Скажи: "Если вы любите Аллаха, то следуйте за мной, и тогда Аллах возлюбит вас и простит вам ваши грехи, ведь Аллах — Прощающий, Милосердный".
Ələddin Sultanov:
(Ey peyğəmbər!) De: “Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir”.
Kerbelayi Malik ağa:
De ki: ‘Əgər siz Allahı sevirsinizsə, o təqdirdə mənə tabe olun ki, Allah da sizi sevsin və sizin günahlarınızı məğfirət etsin (savaba çevirsin). Allah Ğafurdur, Rəhimdir.’
Ələsgər Musayev:
De: «Əgər sevirsiniz Allahı və onda
tabe olun mənə, sevər sizi Allah və bağışlar sizin üçün
günahlarınızı!» Allah Ğəfurdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
De: «?g?r Allah? sevirsinizs?, onda m?n? tabe olun ki, Allah da sizi sevsin v? gunahlar?n?z? bag?slas?n. Allah cox bag?slayan v? mehriband?r».
Kövsər Tağıyev:
De ki: “Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Çünki Allah çox bağışlayandır, çox mərhəmət edəndir”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Əgər Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı sizə bağışlasın." Allah bağışlayandır, rəhmlidir!
Sabirə Dünyamalıyeva:
De ki: "Əgər siz Allahı sevirsinizsə, o zaman mənə tabe olun ki, Allah sizi sevsin və günahlarınızı sizin üçün bağışlasın. Və Allah, qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və çox bağışlayandır, geniş mərhəmət sahibidir."